Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ənənəvi "Liderlik Məktəbi" layihəsini davam etdirir. İttifaqın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihənin birinci mərhələsi olan ilkin seçimlər artıq yekunlaşıb. Birinci mərhələdə ATGTİ-nin http://leadership.az/ saytına 875-dən çox tələbə qeydiyyatdan keçib. Birinci seçim mərhələsi layihədə iştirak etmək istəyən gənclərin motivasiyaları əsasında aparılıb.
Növbəti müsahibə mərhələsində uğurlu motivasiya sahibi olan gənclər "Yay Liderlik Məktəbi"nin ikinci seçim mərhələsinə "sms" sistemi vasitəsi ilə dəvət olunacaq. Müsahibə mərhələsində gənclərin motivasiyalarının düzgün və dəqiqliyi yoxlanacaq, onlara dünya görüşlərini, psixoloji durumlarını yoxlamaq üçün suallar ünvanlanacaq. Son olaraq, müsahibə mərhələsindən uğurla keçmiş Gənclər ATGTİ-nin "5-ci element" , "Yay Liderlik Məktəbi"nin iştirakçıları olacaq. Ümumilikdə "Liderlik Məktəbi"ndə iştirak edəcək 110 nəfər gənc 5 komandaya bölünərək öz aralarında yarışacaq. Komandalar dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sini təşkil edən əsərlərinin adlarını (\"Sirlər xəzinəsi\", \"Xosrov və Şirin\", \"Leyli və Məcnun\", \"Yeddi gözəl\", \"İsgəndərnamə\") daşıyacaq. ATGTİ-nin "5-ci element" "Yay Liderlik Məktəbi"nin qalib komandasının üzvləri isə "Embawood" şirkəti tərəfindən hədiyyələr qazanacaq.
"Yay Liderlik Məktəbi" ilə maraqlanan hər kəs layihənin gedişini yuxarıda qeyd edilən saytda izləyə bilər.
Qeyd edək ki, sayca 5-ci olan və simvolik olaraq "5-ci element" adı almış "Liderlik Məktəbi" cari ilin 9-15 avqust tarixlərində Şəki şəhərinin "Cənnət bağı" istirahət mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB