Hz.Məhəmmədin imsaq və iftar vaxtında nə yediyi, nə ilə məşğul olduğu, nə kimi ibadətlər etdiyini bilmək hər bir müsəlman üçün vacibdir. Hz. Məhəmməd (s.ə.s) -in Ramazan ayında səhabələrinə və müsəlman ümmətinə tövsiyyə etdikləri onların savabı və günahlarının bağışlanması üçündür.
Ziyarətlər edin
Allahın elçisi həyatı boyunca ictimai insan olub. Xüsusilə Ramazan ayında Peyğəmbərimiz xəstə və yaşlılara tez-tez ziyarət edər, kasıb səhabələrin evlərinə uğrayar, ictimai çətinlik olan hər yerə səhabələrindən əvvəl çataraq insanların dərdlərinin, problemlərinin həllinə çalışardı.
Allahın elçisi, digər möminləri də xəstə və qohum ziyarətlərinə təşviq edərdi. Xüsusilə, Ramazan ayında kasıblara ediləcək kömək, fitrə və zəkat mövzularında tövsiyələr verərdi.
İmsaq və iftar zamanı nə yeyilməli?
Hz Məhəmməd (s.ə.s.) imsaq və iftarda ancaq xurma yeyər, su içərdi. Nə özü, nə də ailəsi digər səhabələrindən fərqli qidalanmazdı. Rəsulullah yeməyə bir şey tapa bilmədiyi vaxt yeməz, tapdığı zaman isə yediyi yeməyin çoxunu kasıblara paylayardı. Hz Məhəmməd (s.ə.s) heç bir dövrdə həddindən artıq yeməyi təhrif etməyib. Ona görə də, iftar və imsaqda insanlar sağlamlıqlarını qorumaq üçün az yeməli və yediklərinə diqqət etməlidirlər.
" Riyazi-s Salihin" adlı hədis kitabında Ramazanda Rəsulullahın möminlərə buyurduğu düzgün qidalanma qaydası bu cür ifadə olunub: "Ramazan ayında xüsusilə də imsaq və iftar vaxtı həm sağlamlıq, həm də tutulan orucun savabı daha çox olsun deyə, mədə üç hissəyə ayrılmalıdır. Bir hissəsi yemək, bir hissəsi su ilə təmin edilməli, digər son hissə isə boş qalmalıdır".
Ramazan ayının savabı üçün qılınan namaz
Ramazanın əsas savablarından biri də "Təravih" namazıdır. Allahın Rəsulu (s.a.s) belə buyurb: "Hər kim Ramazan ayını, iman edərək və savabını Allahdan gözləyib ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar".
Əbu Hüreyrənin nəql etdiyi bir hədisə görə, Rəsulullah (s.ə.s.) əhya gecələrini Ramazan gecələrindən ayırıb, lakin bunu qəti olaraq əmr etməyib: "Həqiqətən, Allah Ramazan orucunu vacib və önəmli şərt kimi buyurdu. Mən də Ramazan gecələrində əhya gecələrinin olmasını sünnət buyurdum. Hər kim inanaraq və savabını Allahdan gözləyərək Ramazanda oruc tutub gecələr namaz qılaraq ibadət edərsə, bütün günahlarından təmizlənmiş olar\".
Peyğəmbərimiz(s.ə.s) Təravih namazlarını ya tək və ya da camaatla qılardı.
Hz. Məhəmməd, Ramazan axşamlarında xüsusilə təravih namazı qılar və səhabələrinə də bu namazı qılmağı tövsiyyə edərdi. Hz. Peyğəmbər, təravih namazını bəzən camaatla bəzən də tək başına qılıb. Təravih namazının camaatla qılınmamasına səbəb isə bu namazın məcburi olmaması və hər bir insanın öz istəyinə əsasən yerinə yetirilməsidir.
Ramazan ayının son on günü
Ramazan ayının son on günündə isə Peyğəmbərimiz ailəsini gecə ibadəti üçün oyadar, səhabələrənin, ümmətinin günahlarının bağışlanması üçün Allaha dua edərdi.
Peyğəmbərimiz Ramazan ayında imsaqa qalxmağın savablarından bəhs edərdi: "Mütləq imsaqa qalxın, çünki imsaqın bərəkəti hər şeydən üstündür". (Buxari, Savm, 20).
Hz. Peyğəmbər, Ramazanda hər günün ayrıca duasını oxuyaraq imsaqla günə başlardı. İmsaqın fəzilətinə və bərəkətinə dair Hz. Peyğəmbər Qurani-Kərimdə qeyd olunan hədisdə: "Bizim orucumuzla əhli-Kitabın (Yəhudi və Xristianlar) orucu arasındakı fərq, imsaq yeməyidir"- deyə buyurub. İmsaq müsəlman ümməti üçün xüsusi və böyük əhəmiyyətə malikdir və imsaq vaxtı geçikdirilməməlidir.
Ramazan günlərində əsas əməl olunan şərtlər
Hz. Peyğəmbərin oruc tutarkən əməl etdiyi əsas şərtlərdən biri də oruc zamanı niyyət etməsi olub. Niyyət edilməyərək tutulan oruc, oruc sayılmır. İmsaq və İftar arasında olan müddətdə Peyğəmbərimiz gündəlik işlərini və digər ibadətlərini heç zaman gecikdirməzdi. Lakin hədislərdən də şahidi oluruq ki, peyğəmbərimiz Ramazan günlərində möminləri qeybət və yalan danışmaqdan çəkindirmək üçün hər zamankından daha çox xəbərdar edərdi: "Hər kim yalan danışmaqdan və qeybət etməkdən çəkinməzsə, onun orucu məqbul sayılmır".
Hz. Peyğəmbərin imsak və iftar arası ən çox diqqət etdiyi məqamlardan biri də fiziki təmizlik olub. Hədislərdən məlum olur ki, Peyğəmbərimiz ağız və diş təmizliyi üçün misvakdan istifadə edər, həmçinin isti yaz günlərində Ramazan aylarında sərinləmək üçün başına su tökərdi.
Niyyətin əhəmiyyəti
Hz. Peyğəmbərin, orucunu açarkən etdiyi dua və niyyət isə belə olub: "Allahım, sənin razılığın üçün oruc tutdum, sənin verdiyin ruziylə orucumu açdım, qəbul et! Sən dualarımızı eşidən və qəbul edənsən". \"Qurani-Kərim\"-də qeyd olunan hədislərdə o da vurğulanır ki, Ramazan ayının əsas fəziləti və əhəmiyyəti niyyət edib oruc tutmaqdır.
Təbii ki, Hz. Peyğəmbərin Ramazanda etdiyi savablar və ibadətlər yalnız bunlardan ibarət olmayıb. Zəkat və fitrə başda olmaqla bu aya məxsus müxtəlif ibadətləri şəxsən yerinə yetirərək bunların hər birini müsəlman ümmətinə tövsiyyə edib.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB