Lerikdə "Liderliyə gedən yol" Yay Məktəbi layihəsinin beşinci günündə "İdeya-layihə-uğurlu nəticə" bilik və bacarıqların inkişaf etdirilməsi mövzusunda menecment-treninq layihəsi təşkil olunub
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Lerik rayonunda gənc siyasətçilər üçün keçirilən "Liderliyə gedən yol" Yay Məktəbi layihəsinin beşinci günündə "İdeya-layihə-uğurlu nəticə" bilik və bacarıqların inkişaf etdirilməsi mövzusunda menecment-treninq keçirildi. Qrup rəhbəri-YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərin hər bir sahədə bilik və bacarıqlarının artırılmasının vacibliyini bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gəncləri də bu istiqamətdə xüsusi aktivlik göstərirlər.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, artıq bir neçə gündür davam edən bu layihə gənclərin öz siyasi vərdişlərini təkmilləşdirmələrində mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin üzvü İqbal Məmmədov isə çıxışında dövlətin iqtisadi siyasətindən danışıb. Bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir: "Hələ 90-cı illərin əvvələrində Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmiz tənəzzül dövrünü yaşayırdı. İqtisadiyyatımız çökmüşdü. Heç bir sahədə inkişaf müşahidə olunmurdu. Yalnız ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqlan sonra həyatın bütün sahələrində tərəqqi müşahidə olundu. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft kontraktları imzalandı. Elə ölkəmizin ilk maliyyə mənbələri də məhz bu sahədən əldə olundu. Zaman keçdikcə ölkəyə daxil olan gəlirlər artmağa başladı. Nəticədə Dövlət Neft Fondu yaradıldı. Bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsidir. Artıq uzun müddətdir ki, bu sahədə böyük uğurlar əldə olunur".
YAP Mərkəzi Qərargahının şöbə müdiri Emil Abasov, gənclərdən İlahə Sadıqova, Sevda Poladova, Elçin Həsənli, Asim Qədirov, Xanım Abdulova və başqaları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Nahardan sonra idman yarışları, həmçinin bir sıra intellektual oyunlar keçirilib. Bununla da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Lerik rayonunda gənc siyasətçilər üçün keçirilən "Liderliyə gedən yol" Yay Məktəbi layihəsi başa çatıb.
Nail Rəhimzadə, "İki sahil"
Lerik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB