“İRƏLİ” Ədəbi Məclisinin “Genosid Almanax 3” kitabı işıq üzü görəcək

“İRƏLİ” Ədəbi Məclisinin “Genosid Almanax 3” kitabı işıq üzü görəcək

"İRƏLİ" Ədəbi Məclisinin start verdiyi "Gənc yazarlara dəstək" layihəsi davam edir. SİA-nın xəbərinə görə, layihə çərçivəsində Almanax silsiləsindən olan 3-cü kitab "Genosid - Almanax"

kitabı yaxın vaxtlarda işıq üzü görəcək. "Genosid Almanax 3" kitabının çap olunmasında əsas məqsəd gənclərin son 100 ildə məruz qaldığımız hadisələrdən və Azərbaycan həqiqətlərindən xəbərdar olmasıdır.


Kitabda Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlunun əsrin əvvəllərində yazıları ilə yanaşı, müasir orta yaşlı nəsil ziyalıların, millət vəkili, tanınmış jurnalistlərin, 30-dan çox gənc yazarın və xarici ölkələrin alim və yazarlarının Qarabağ və soyqırım haqda məqalələri, əsərləri dərc olunacaq.


Xatırladaq ki, "Gənc yazarlara dəstək" layihəsi çərçivəsində "Almanax 1", "Xaç kölgəsi" və "Almanax 2" kitabları işıq üzü görüb. Kitablar 1000 tirajda nəşr olunub. 20- dən çox gənc yazarın əsərləri, eləcə də ivrit, fars, ingilis, rus, ərəb dillərindən tərcümə edilmiş əsərlər çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə