Göygöl rayonunda Fövqaladə Hallar Nazirliyinin Mülkü Müdafiə Dəstələrinin təlimi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin 2012-ci ilin tədbirlər planı çərçivəsində aparılan təlimləri rayon İcra Hakimiyyəti Başçısı Arif Seyidov və bir sıra rəsmilər izləyib. Kompleks Mülkü Müdafiə Təliminə 200-dən artıq canlı qüvvə və 30-dan çox texnika cəlb olunub.
Bildirək ki, təlim zamanı lokal yanğın hadisələrinin qarşısı alınıb. Şərti baş verən hadisə zamanı yaralılara ilkin tibbi yardım vaxtında həyata keçirilib. Ərazidə baş verə biləcək infeksiyalar yerində araşdırılıb. Təxminən iki saata yaxın davam edən təlim zamanı mülki müdafiə dəstələrinin qarşılıqlı fəaliyyəti təmin edilib, qarşıya qoyulan tapşırıq vaxtında yerinə yetirilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB