Bəzi qəzetlərin Salyan rayonu haqqında yazdıqları qərəzlidir

Bəzi qəzetlərin Salyan rayonu haqqında yazdıqları qərəzlidir

"Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayonumuzda müəyyən işlər görülüb və hazırda da görülməkdədir. SİA-nın verdiyi məlumata görə, rayonda ötən ilin aprelindən həyata keçirilən infrastruktur layihələrin ikinci mərhələsi uğurla davam etdirilir.

Çoxmərtəbəli yaşayış evləri, kommunal binalar, park və xiyabanlar, küçələr yenidən qurulur, yollar təmir edilib asfaltlaşdırılır. Aparılan abadlıq-quruculuq işləri şəhərlə yanaşı, qəsəbə və kəndləri də əhatə edir. Şəhərin prospekt və küçələri aqlay daşları ilə üzlənilir. Şəhərin küçələrində yerləşən sosial obyektlər, ticarət mərkəzləri, inzibati və yaşayış binaları yenidən qurulur. Qrunt və yağış sularını ötürəcək sistemin inşası davam etdirilir, səkilərə daş plitələr döşənilir, yaşıllıqlar salınır. Eyni zamanda şəhərin Heydər Əliyev, N.Nərimanov, Q.Səmədov, Ə.Qasımzadə, Y.Zərgərli, M.Ağazadə, Ə.Zeynalov, T.Xəlilbəyli, Ə.Kürçaylı və Şəhriyar küçələrinə ümumilikdə 90400 m2 asfalt basılıb.

Bu günlərdə uzunluğu 3400 metr olan Marışlı-Arbatan yolu əsaslı surətdə yenidən qurulub, asfaltlaşdırılıb və istifadəyə verilib. Şəhərin E.İmanov küçəsində 800 metr, A.Ağabəyli küçəsində 600 metr asfalt basılıb əhalinin istifadəsinə verilib. Şəhər ərazisində 630 müasir işıqlanma dirəyi quraşdırılıb, şəhərin kommunal binaları, ticarət şəbəkələri və digər sosial obyektlərin fasadlarının işıqlandrılması təmin edilib.

Rayonda yüksək əmək coşğunluğu ilə tikint-quruculuq və abadlıq işləri aparılmasına baxmayaraq, bəzi mətbu orqanlarında guya aparılan abadlıq işlərinə pul yığılması ilə əlaqədar həqiqətə uyğun olmayan, əsassız, böhtan və şantaj xarakterli məqalələr dərc olunur. Məsələyə aydınlıq gətirilməsi üçün Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Kərəm Muradovla əlaqə saxladıq.

K.Muradov Salyan rayonu haqqında məqalə dərc edən mətbu orqanlardan xahiş edib ki, verilən məlumatları dərc etməmişdən əvvəl onu dəqiqləşdirsinlər: "Məqalədə hətta Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərovun xəstəxana işçilərindən pul yığılması işini təşkil etdiyi bildirilir. Halbuki, İbrahim Cəfərov ötən il tutduğu vəzifədən azad edilib. Bu fakt özü verilən məqalənin qərəzli, böhtan və şantaj xarakterli olduğunu bir daha sübut edir. Bu cür yalan və böhtan yazilar kimlərinsə subyektiv marağına xidmət edildiyini göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə