811-ci ildə Bizans imperatoru I Nikifor vəfat edib
1856-cı ildə ingilis yazıçı Corc Bernard Şou dünyaya gəlib
1861-ci ildə gürcü şair və yazıçı Vaja Pşavela anadan olub
1908-ci ildə Amerikada Federal Təhqiqatlar Bürosu (FBI) yaradılıb
1923-cü ildə şotland mühəndis Con Loqi Berd ilk televizorun patentini alıb
1933-cü ildə Adolf Hitler əlil almanların axtalaşdırılacağını açıqlayıb
1938 - Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbitlənib. Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil - Qusar, Zuvand - Lerik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardımlı rayonları, Zubovka kəndi Əli Bayramlı şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor, Yelenendorf qəsəbəsi isə Xanlar qəsəbəsi adlandırılıb.
1944-cü ildə sovet ordusu Qərbi Ukraynada faşist işğalına son verib
1974-cü ildə Yunanıstanda 7 il davam edən hərbi rejimdən sonra Konstantin Karamanlisin rəhbərliyində mülki hökumət qurulub
1992 - SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki hərbi donanmasının Rusiya və Azərbaycan arasında bölüşdürülməsi başa çatıb. Ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı. Danışıqlar Xəzər hərbi donanmasının 25 faizinin və Bakı Hərbi Dənizçilik Məktəbinin Azərbaycana verilməsi ilə yekunlaşdı. Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin tarixi isə 1918-ci ilin 5 avqustundan hesablanır.
Həmin gün Xəzərdə keçmiş Rusiya imperiyasına məxsus hərbi gəmilərin bazasında Xalq Cumhuriyyətinin hərbi dəniz donanması yaradılıb.
1995-ci ildə İstanbulda qızıl birjası açıldı
1995-ci ildə Azərbaycan nasiri, ədəbiyyatşünası, publisisti, yazıçısı İsmayıl Şıxlı vəfat edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB