Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi"nin fəalları Oğuz rayonundan Şəki şəhərinə səfər edib. SİA-nın xəbərinə görə, səfər çərçivəsində gənc fəallar Şəki Xan sarayı ilə tanış olub.
Sarayın bələdçiləri Sücanə Cabbarova, Kamal Kərimov Şəki Xan Sarayı haqqında gənclərə geniş məlumat verib. Bələdçilər qeyd ediblər ki, dünyada öz orijinallığı ilə seçilən, Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan sarayı hər bir qonağını təəccübləndirə bilir. Bu saray həqiqətən orijinal tikili olaraq digərlərindən çox fərqlənir. Elə bu fərqlilik və əzəmət sarayın adının dünya abidələri sırasında çəkilməsinə şərait yaradıb. Sarayın xüsusi tikinti üslubu var. Təkcə onu göstərmək kifayətdir ki, hər kvadratmetr şəbəkə beş min bir-birinə geydirilən hissələrdən ibarətdir. Sarayda xalq təsviri incəsənətinin bir çox növləri, xüsusən XVIII-XIX əsrlərin maraqlı divar rəssamlığı nümunələri ümumiləşib.
Bununla yanaşı vurğulayıb ki, Saray naxışları əsasən dörd qrupa bölünür: həndəsi və bitki naxışlar, süjetli və quşların təsviri həkk olunmuş naxışlar. Bu dörd tipli naxışlar, onların vurulduğu səthdən asılı olaraq, müxtəlif kompozisiyalarda göstərilib. Şəki xanları sarayının əsas kompozisiyası taxça və aralıqları dolduran pannodur. Bu, əsas etibarı ilə bitki motivlərindən ibarət olan, hərdən quş şəkilləri əlavə olunmuş kompozisiyadır. Aralıqlarda aşağı uzanan kompozisiyanın tipi pannonun enli taxçada və ya ensiz aralıqlarda yerləşdirilməsindən asılı olur.
Gənc fəallar Şəki Xan Sarayını rayı gəzib, unikal memearlıq işləri ilə yaxından tanış olublar.
Sarayla tanışlıqdan sonra gənc fəallar üçün Oğuz rayonunda yerləşən istirahət mərkəzlərinin birində piknik təşkil olunub. Onlar təbiət qoynunda istirahət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB