Oğuzda “Yay məktəbi” çərçivəsində layihə təqdimatı keçirilib - FOTO

Oğuzda “Yay məktəbi” çərçivəsində layihə təqdimatı keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün "Yay məktəbi" çərçivəsində Oğuzda - "Afra" oteldə məskunlaşmış gənclər qrupu otelin konfrans salonunda "Seçki kampaniyalarında ərazinin, ictimai rəyin öyrənilməsi, siyasi partiyaların seçki kampaniyalarında rolu" mövzusunda layihə tədbiri keçirib.

YAP GB-nin sədr müavini, moderator Aygün Əliyeva çıxış edərək layihə haqqında gəncləri məlumatlandırıb. Moderator qeyd edib ki, lahiyədə iştirak edən bütün gənclər fəal olmalıdır. Bundan sonra gənclər bərabər olaraq qruplara bölünüb. Bölünən gənclər hər biri siyasi partiya rolunu oynayıb. Gənclər təmsil olunduğu partiyanın liderini seçmək üçün öz-aralarında səsvermə keçirib. Seçilən 4 lider təmsil etdiyi partiyasının platformasını, şüarını hazırlayıb təqdim edib. Hazırlanan platformalar çərçivəsində gənc liderlər çıxış edib. Eyni zamanda siyasi partiyaların yaradılması, fəaliyyəti və rolu ilə bağlı gənclər fikirlərini bildirib.


Daha sonra gənclərin çıxışlarını izləyən millət vəkili Məlahət İbrahimqızı gənclərin fəallığını qeyd edərək vurğulayıb ki, "Yay məktəbi" çərçivəsində gənclərin bu cür layihələrə qoşunması və bu layihələrdə aktiv iştirakı gənclərin gələcək ictimai-siyasi həyatında önəmli rol oynayır. Daha sonra M.İbrahimqızı bildirib ki, gənclər Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə təbliğat-təşviqat kampaniyanının şahidi olub. Bu gün ki, gənclərin aktivliyi də sübüt edir. Ümumilikdə gənclər Yeni Azərbaycan Partiyasının siyasi təcrübəsindən çox yararlanmalıdır.


Sonda moderator Aygün Əliyeva bildirib ki, "Yay məktəbi" müddətində layihənin davamı olacaq.


Daha sonra bu mövzuda gənclər arasında fikir mübadiləsi aparılıb, diskussiyalar təşkil olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə