Şirvan şəhərində 84 yaşlı kişi 5 ildir ki, hər gün oruc tutur. SİA-nın Aran bürosunun verdiyi məlumata əsasən, Şirvan şəhəri A.Mustafayev küçəsində yaşayan 1928-ci il təvəllüdlü Eyvazov Məşədi Nadir 2008-ci ilin aprel ayından bu günə qədər hər gün oruc tutur. Buna səbəb kimi cavanlığda tutmadığı orucların qəzalarını tutduğunu deyir.
Məşədi Nadir kişi 1960-cü ildən hər il Ramazan ayında oruc tutduğunu bildirir. Amma bu onu tam qane etmədiyindən 2008-ci ilin aprelin 8-dən bu günə qədər hər gün bəzi günlər istisna olmaqla oruc tutur. Cəmiyyətimizə örnək olunası 84 yaşlı Məşədi Nadir baba səhhətində heç bir problemin olmadığını, əksinə özünü daha da gümrah hiss etdiyini bildirir.
Məlumat üçün bildirək ki, 48 il oruc tutan 84 yaşlı baba 4 ildə 63 ayın (63 ilin) orucunu tutub. Məşədi Nadir kişi sağlamlığında hər hansı bir problem olmasa ömrünün sonuna qədər oruc tutacağına söz verib.
Xatırladaq ki, ötən ilin bu günlərində də Nadir Eyvazovun fasiləsiz oruc tutması ilə bağlı məlumat hazırlayıb ictimaiyyətə təqdim etmişdik.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB