Bərdədə yaşıllıq zolaqları yenidən bərpa edilir

Bərdədə yaşıllıq zolaqları yenidən bərpa edilir

Bərdə-Yevlax, Bərdə-Ağdam magistral yollarının ardınca Bərdə-Tərtər yolunun kənarında da yaşıllaşdırma işləri aparılır. SİA-nın Qarabağ bürosunun xəbərinə görə, işlər təxminən 2 km ərazini əhatə edir. Ağacların əkilməsində idarə və müəssisələrin nümayəndələri ilə yanaşı rayon sakinləri də yaxından iştirak edirlər.

Qeyd edək ki, 1990-cı illərdə isitmə problemi ilə üzləşən rayon sakinləri tərəfindən məcburiyyət qarşısında rayonun yaşıllıq zolağı demək olar ki, tamamilə məhv edilib. Nəinki meşə sahəsi, həmçinin yol kənarında əkilmiş ağac və gül kolları da doğranaraq sobalarda yandırılıb.


Hazırda isə rayon ərazisində minlərlə həmişəyaşıl ağac kolları, cürbəcür gül kolları ilə yanaşı park və xiyabanlarda hər növ ağaclar əkilir. Bu cür aksiyaların gələcəkdə də davam etdiriləcəyi nəzərdə tutulur.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə