Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu iyunun 8-də elan etdiyi ilk qrant müsabiqəsinin nəticələrini elan edib. SİA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev elan olunmuş müsabiqə barədə danışıb. O, bildirib ki, Azərbaycan Gənclər Fondu ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılıb. Onun sözlərinə görə, fond gənclərin elm, təhsil, mədəniyyət və bir çox sahələrdə inkişafına dəstək verir. Əvvəlcədən kateqoriyalara uyğun olaraq müvafiq layihələr elan edilib. Ən çox müraciət isə A kateqoriyası üzrə olub. B kateqoriyasından təqdim olunmuş layihələrin 2-si A kateqoriyasına aid olduğu üçün yerləri dəyişdirilib.
Azərbaycan Gənclər Fondunun müşahidə şurasının üzvü Nurəddin Mehdiyev isə iyulun 24-də şuranın ikinci iclasının keçirildiyini deyib. Şura üzvü Fond yaradıldıqdan sonra 3 ay müddətində formalaşaraq müsabiqə elan olunduğunu, fondda peşəkar şəxslərin çalışdığını qeyd etdi.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları və fərdi gənclər Fondun rəsmi saytında qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməli idilər. Müsabiqə Fondun saytında qeyd olunan 5 kateqoriya –A, B, C, D, E kateqoriyaları üzrə elan olunub. A, B, C kateqoriyaları üzrə isə layihə qəbulu 15 iyul tarixində dayandırılıb. Digər 2 kateqoriya üzrə mütəmadi olaraq müraciətlər qəbul olunur. Fondun saytında qeydiyyatdan keçən 172 təşkilat və 3 fərdi şəxsdən , 15 iyul tarixinədək A kateqoriyası- yerli layihələr üzrə 127, B-Beynəlxalq layihələr, və C-yaradıcı gənclərə dəstək layihələr kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunub. D kateqoriyası gənc alimlərin, ictimai, fəal və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakını qismən maliyyələşdirilməsi məqsədilə yaradılıb. Hazırda bu kateqoriya üzrə 12 müraciət gəlib. Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycanın tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür. Bu kateqoriya ilə çox sayda xarici vətəndaşlar və təşkilatlar maraqlanıb, lakin hələ rəsmi müraciət olmayıb.
Fonda daxil olunan bütün layihələrə Fondun Müşahidə Şurası tərəfindən baxılıb. Müşahidə şurasının qərarına əsasən A kateqoriyası üzrə 127 layihədən 104 layihə, B kateqoriyası üzrə 16 layihə, C kateqoriyası üzrə isə 9 layihə seçilib. Ümumuilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər və QHT-lər tərəfindən təqdim olunan layihələrə 4580 798, 932 manat istənilib, yekunda Müşahidə Şurasının qərarına əsasən bu məbləğ 1 950 820 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB