Azərbaycanın tanınmış teleaparıcısı kitabını təqdim etdi-FOTO

Azərbaycanın tanınmış teleaparıcısı kitabını təqdim etdi-FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində görkəmli Azərbaycan alimi, akademik Şəfaət Mehdiyevin xatirəsinə həsr edilmiş "İşıq adamı nağılı" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, kitab tanınmış teleaparıcı, psixologiya üzrə fəlsəfə doktoru, dosent İlham Mirzəyevin "Azərbaycan neft sənayesini yaradanlar" layihəsi çərçivəsində nəşr edilib. İlham Mirzəyev həmçinin kitabın iki müəllifindən biridir. Digər müəllif Şərəf Cəlillidir.

Kitab İstanbulda çap edilib. Artıq kitabın film çəkilişləri başlayıb. Layihə çərçivəsində elm xadiminin həyat və yaradıcılığına həsr olunmuş kitabla yanaşı, film də çəkilir.


Tədbirdə Türkiyə, Fransa, Qazaxıstan və Mərakeş səfirliklərinin nümayəndələri, elm adamları və eləcə də akademik Şəfaət Mehdiyevin oğulları Arif, Aqşin, Fərhad və Ülvi Mehdiyevlər iştirak ediblər.


Qeyd edək ki, İlham Mirzəyevin rəhbərlik etdiyi layihə Azərbaycanın görkəmli elm xadimlərinə həsr olunub və silsilə şəklində reallaşacaq. Bundan sonra daha Azərbaycanın neft sənayesinin yaradıcılarından olan daha 8 elm adamının həyat və yaradıcılığı kitab və film şəklində işıqlandırılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə