İlqar Orucov: “Elmin inkişafı baxımından Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır” - AÇIQLAMA
"Elmin inkişafı baxımından Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Məhz bu gün Azərbaycanda gənc alimləri birləşdirən tədbirlərin təşkili, alimlərimizin uğurlu ideyalarının formalaşdırılması və innovativ ideyalarının stimullaşdırılması mühüm rol oynayır. Belə ki, bizim gənc alimlərimiz bir sıra dilləri bilməsi və bir sıra çağırışlara daha çevik cavab verməsi və beynəlxalq elmi layihələrində itirak edib, qrantlara layiq görülülməsində gənc alimlərlə əlaqədar olan seminarların təşkili əsas rol oynayır". SİA-ya açıqlamasında Gənclərin İntelektual inkişaf Mərkəzinin direktoru və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda keçiriliən Gənc Alimlərin II "İnnovativ İdeya Yarmarkası\"nın təşkili artıq yeni təcrübələri ortaya gətirir: "İlk dəfə 2010-cu ildə keçirdiyimiz I İnnovativ İdeya Yarmarkasında biz dünya təçrübəsini öyrənib bu ənənəni Azərbaycana gətirdik. Birinci yarmarkadan fərqli olaraq ikinci yarmarkada say etibarı ilə gözlənilən nəticələr nail olduq. Bu gün keçirilən, yarmarkada iştirakçıların sayı və kəmiyyəti baxımından artım vardır. Belə ki, birinci yarmarkada 120-yə qədər gənc alim əhatə olunmuşdusa, ikinci yarmarkada 161 nəfər gənc alimimiz iştirak edir. Həmçinin məkan baxımından da, daha geniş ərazini əhatə edir. Belə ki, Azərbaycanın müxtəlif regionlarından olan gənc alimlər, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin ali təhsil müəsisəsində çalışan gənc alimləri, Gəncə regionu Elm Mərkəzindən, Gəncə Texnologiya Üniversitetindən, Gəncə Dövlət Universitetindən, Lənkarandan yarmarkada iştirak etmək üçün sənədlərini artıq veriblər və onların sənədləri qəbul olunub. Proqramın zənginliyi onu da göstərir ki, müxtəlif elm sahəsində fəaliyyət göztərən gənc alimlər, doktorantlar bir auditoriyada elmi diskussiaylar aparıb, yeniliklərini bölüşəcəklər. Bütün bu addımlar olduqca zəruri addımlardır. Bu isttiqamətdə tədbirlərin keçirilməsində "Azərbaycan Gəncliyi 2011-2015 dövlət proqramında" Akademiyanın üzərinə müəyyən məsələlər qoyuldu. Buna əsasən də gənc alimlərin seminarlarının keçirilməsi sahəsində artıq uğurlu addımlar reallaşır.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB