"İRƏLİ" "Yeni Media Akademiya" layihəsinin iştirakçıları tanınmış jurnalist, "MUZ TV"
internet televiziyasının direktoru Vüsalə Kərimovayla görüşüblər. SİA-nın xəbərinə görə, qonaq gənc jurnalistlərə peşəkar olmağı arzulayıb: "Jurnalistika sahəsində peşəkarlara ehtiyac var. Çox təəssüf ki, bu gün televiziyalarımızda peşəkar insanların sayı azalıb. Ümid edirəm ki, jurnalistikaya yeni gələn gənclərin sayəsində bu boşluq tezliklə aradan qalxacaq və tamaşaçılara keyfiyyətli məhsul təqdim olunacaq. Sizə də işinizin peşəkarı olmağı arzulayıram".
Qonaq həmçinin qeyd edib ki, jurnalistikada ixtisaslaşma düzgün deyil: "Düşünürəm ki,
jurnalist bütün sahələrdən xəbərdar olmalıdır. Jurnalistika elə bir peşədir ki, burada jurnalistləri
istiqamətlərə, sahələrə bölmək düzgün deyil. Mən jurnalistlik fəaliyyətimdə həm kriminal, həm
siyasət, həm də mədəniyyət sahələrində çalışmışam. Sizə də arzulayıram ki, jurnalistikanın
bütün sahələrindən məlumatlı olasınız".
Daha sonra qonaq nitq mədəniyyəti haqda danışıb və gənclərə məsləhət görüb ki, düzgün danışığa yiyələndikdən sonra efirə çıxsınlar. Sonda Vüsalə Kərimova nitqlərini mükəmməlləşdirmək üçün gənc jurnalistlərə praktik tapşırıqlar verib.
2 saata yaxın davam edən görüş "İRƏLİ" "Yeni Media Akademiya" layihəsinin iştirakçılarının suallarıyla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB