Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kütləvi informasiya vasitələri üçün "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili" mövzusunda müsabiqə elan edir. SİA-nın xəbərinə görə, müsabiqə Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin keçirilməsi ilə bağlı "Tədbirlər planı"na uyğun olaraq keçirilir. Müsabiqəyə 10 iyuldan 20 sentyabr tarixədək Dövlət Sosial Müdafiə Fondunun son 20 ildə göstərdiyi fəaliyyətlə bağlı mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada
yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.
Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 qəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 20 sentyabr 2012-ci il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir. Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və tele-radio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qayadada mükafatlandırılacaqlar:
Qəzet və jurnallarda, saytlarda çap olunmuş ən yaxşı məqalələr üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Televiziya və radio kanallarında verilmiş ən yaxşı tele-radio verilişləri və
telesüjetlər üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat – cəmi 1000
manat məbləğində.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan yazıları və tele-radio materiallarını
qiymətləndirməkdən ötrü DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət
Komissiya yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB