Hərbçiləri daşıyan maşın qəzaya uğrayıb

Hərbçiləri daşıyan maşın qəzaya uğrayıb

Azərbaycanın Quba rayonunda hərbçiləri daşıyan maşın qəzaya uğrayıb. Maşın sərt döngədə hərəkəti tənzimləyə bilməyərək aşıb. Hadisə rayonun Qırız-Dəhnə kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 7 hərbçinin xəsarət aldığı bildirilir. Onlardan yalnız 3-ü Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə