Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" "Yay məktəbi"inin gəncləri Oğuz rayonunda Ağdam rayonunun işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Ağdamda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan millət vəkili Məlahət İbrahimqızı ermənilərin Azərbaycan xalqına qarşı işğalçılıq siyasətindən danışıb. O qeyd edib ki, 1993-cü il iyulun 23-də birinci Qarabağ müharibəsinin ən genişmiqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı yaradıb. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan sonra, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdiriblər. İyunun 26-da Ağdərə düşmən əlinə keçib. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayıb. Erməni seperatçılarına qarşı əsasən könüllülərdən ibarət Azərbaycanın vətəndaşları döyüşüb. 42 gün davam edən döyüş Ağdamın müvəqqəti işğalı ilə nəticələnib.
Daha sonra tədbirdə çıxış edənlər YAP GB-nin sədr müavini Aygün Əliyeva, YAP Nərimanov rayon təşkilatının üzvü Rəşad Sadıqov, YAP Nəsimi rayon təşkilatının üzvü Fuad İbrahimov, YAP Ordubad rayon təşkilatı üzvü Yamin Mehbalıyev, YAP Şərur rayon təşkilatı üzvü Çingiz Tağıyev, YAP Oğuz rayon təşkilatı GB-nin İdarə heyətinin üzvü Mehman Ramazanov, YAP Şərur rayon təşkilatının üzvü Mahmudov Urfan, YAP Səbail rayon təşkilatının üzvü Orxan Rəfiyev, YAP Oğuz rayon təşkilatı GB-nin İdarə heyətinin üzvü Elnur Əliyev və başqa fəal gənclər ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləyiblər.
Tədbirin sonunda Ağdam rayonun işğalını əks etdirən sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB