“İRƏLİ” təmsilçisi Beynəlxalq Gənclər Təşkilatının İdarə heyətinə üzv seçilib
18-26 iyul tarixlərində Rusiyada keçirilən "Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü"nə həsr olunmuş Beynəlxalq Gənclər Düşərgəsi çərçivəsində "Birlik" Beynəlxalq Gənclər Təşkilatının təsis konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda MDB–yə daxil olan 10 ölkənin gəncləri \'Birlik\' Beynəlxalq Gənclər Təşkilatının yaranması barədə qərar qəbul ediblər.
Yeni yaranmış təşkilatın Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbəri Şahin Seyidzadə və "İRƏLİ" İctimai Birliyinin Nəzarət–Təftiş Komissiyasının rəhbəri Xəqani Fərəcov İdarə Heyətinin, ARGTMŞ–nin sədr müavini Ramiz Əliyev isə Nəzarət - Təftiş Komissiyasının üzvü seçiliblər.
\'Birlik\' Beynəlxalq Gənclər Təşkilatının əsas məqsədi MDB ölkələri gənclər təşkilatlarını bir araya gətirəcək və birgə fəaliyyətin həyata keçiriləcəyi platformanın yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB