Lerikdə Yay Məktəbi layihəsinin növbəti mərhələsi öz işinə başladı - FOTOLAR
Ötən gün Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə gənc siyasətçilər üçün keçirilən "Liderliyə gedən yol" Yay Məktəbinin növbəti mərhələsi öz işinə başladı. Tədbirin birinci günündə qrup rəhbəri-YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və məsul şəxslər-YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Mərkəzi Qərargahının əməkdaşı Emil Abasovun iştirak ilə gənclər Lerik rayonunda oldular. Əvvəlcə ulu öndər Heydər Əliyevin rayonun mərkəzində yerləşən abidəsi ziyarət olundu, heykəlin önünə tər çiçək dəstələri düzüldü, ümummilli liderin əziz xatirəsi yad edildi. Məlumat verildi ki, Lerik rayonu ölkənin ən çox diqqət yetirilən və sürətlə inkişaf edən bölgələrindən biridir. Ölkə Prezidenti İlham Əliyev düz 3 dəfə Lerikə səfər edib, görülən işlərlə tanış olub, bir sıra obyektlərin açılışında iştirak edib. Lerik həm də uzunömürlülər diyarı kimi tanınır. Həmçinin qeyd olundu ki, Lerik rayonunun 5 Milli Qəhrəmanı var. Rayonun neçə-neçə oğulları Qarabağ müharibəsində iştirak edərək, öz qəhrəmanlıqları ilə seçiliblər.
Dəniz səviyyəsindən 1450 metr yüksəklikdə yerləşən Lerikdə 108 orta məktəb fəaliyyət göstərir. Bu da rayonda təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir.
Sonra gənclər Heydər Əliyev Mərkəzində oldular. Məlumat verildi ki, mərkəz 12 bölmədən ibarətdir. Gənclər burada ulu öndər haqqında yazılmış kitablarla yaxından tanış oldular. Tədbirin birinci günündə layihə iştirakçıları həmçinin Lerik Rayon "Uzunömürlülər" Muzeyi, Tarix və Diyarşunaslıq Muzeyin də oldular, rayonun tarixi və mədəniyyəti ilə bağlı maraqlı məlumatlar əldə etdilər. Həmin gün gənclər üçün interaktiv oyunlar da təşkil olundu.
Nail Rəhimzadə, \"İki sahil\", Lerik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB