“Yay məktəbi”nin iştirakçıları Heydər Əliyev Mərkəzi və tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar - FOTOLAR

“Yay məktəbi”nin iştirakçıları Heydər Əliyev Mərkəzi və tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" "Yay məktəbi"inin gəncləri Oğuz rayonunda Heydər Əliyev Mərkəzində olub. Mərkəzlə tanışlıq zamanı gənc fəallara Mərkəzdə toplanmış Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib. Mərkəzlə yaxından tanış olan gənclər ulu öndərin zəngin irsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi olub.

Bu mövzuda Gənclərlə fikir mübadiləsi aparan Məlahət İbrahimqızı bildirib ki, ulu öndər Heydər Əliyev haqqında çoxlu sayda kitablar yazılsa da onun həyat və fəaliyyətini öyrənmək kifayət etmir. Çünki ulu öndərin xidmətləri tək müstəqillikdən sonrakı dövrləri əhatə etmir. Eyni zamanda müstəqilliyə qədər olan dövrlərdə də Heydər Əliyevin Azərbaycan dövlətinə, dövlətçiliyinə mütərəqqi xidmətləri olub. Bu gün hər bir gənc ulu öndərin zəngin irsini öyrənməlidir və bu geniş təcrübədən yararlanmalıdır. Çünki bu gün müstəqil Azərbaycan gəncinin cəmiyyətdəki fəal istiqamətinin təməlini məhz ulu öndər müəyyənləşdirib. Yeni mərhələdə cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.


Sonra fəal gənclər Oğuz rayon tarixi-diyarşünaslıq muzeyi ilə tanış olublar. Muzeyinin direktoru Arizə Xudiyeva gəncləri müzeydə olan eksponatla tanış edərək bildirib ki, muzey 4 bölmədən: "təbiət, qədim dövr, Sovet imperiyasının süqutuna qədərki dövr və müasir dövr bömələrindən ibarətdir.

Daha sonra gənclər muzeyi gəzərək Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən eksponatlara yaxından maraqlanıb. Xüsusilə, bu görüş gənclərdə maraq oyadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə