Əlillərin əmək bazasına çıxışı necə təmin olunur?

Əlillərin əmək bazasına çıxışı necə təmin olunur?

Son illərdə Dövlət əlilliyi olan insanların məşğulluğunun təmin olunması istiqamətində işlər görməkdədir. Bu barədə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbir zamanı qeyd olunub.

Bunlar aşağıdakılardır:


- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilən " Azərbaycan Respublikasının Məşğulluq Strategiyası(2006-2015) və Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı(MS) (2007-2010) qəbul olunub.

- Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2008-2010).


Hər iki sənəddə əsas məqsəd əlillərin əmək bazasına çıxışının təmin olunmasıdır. Ötən il qəbul olunan 2-ci tədbirlər planında isə həssas qrupların iş yerləri ilə təmin olunması istiqamətində konkret müddəalar var.


Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Kofederasiyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının əməkdaşıları iştirak ediblər. Konfransda yaddaqalan çıxışlarla yanaşı, əlilliyi olan insanlarda peşə vərdişinin yaradılması və onların əmək fəaliyyətinə cəlb olunması haqqında 15 dəqiqəlik film nümayiş olundu.

Qeyd edək ki, film Xorvatiyada çəkilib və azərbaycan dilinə tərcümə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə