"Yay məktəbi"nin birinci günü Milli mətbuatın yaranması gününə təsadüf etdiyi üçün gənclər bu mövzuda dəyirmi masa keçirib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Babək Hacıyev bildirib ki, XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsi işıq üzü gördü. Azərbaycan mətbuatının təməl prinsipləri məhz "Əkinçi" qəzeti ilə müəyyənləşdi. Bu gün də milli maraqlara xidmət edən Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ənənlərini davam etdirir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatının çiçəklənmə dövrü məhz ulu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə tarixi qayıdışı ilə müyyənləşdi. Belə ki, ulu öndərin bütün sahələrə diqqət və qayğısı mətbuat sahəsindən də yan keçmədi. Bu gündə mətbuat sahəsinə böyük diqqət və qayğı göstərilir. Elə yeni mərhələdə ölkə başçısının jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atdığı addım, ölkədə azad sözə, azad qələmə ən bariz nümunə sayıla bilər.
Daha sonra tədbirdə iştirak edən gənc fəallardan YAP GB-nin sədr müavini Aygün Əliyeva, YAP Nəsimi rayon GB-nin idarə heyətinin üzvü Könül Yaqubova, YAP Yasamal rayon GB-nin üzvü Yusif Hacıyev, YAP Nizami rayon GB-nin üzvü Hüseynov Səbuhi və başqa fəal gənclər çıxış edərək Azərbaycanda milli mətbuat günü münasibətilə bütün jurnalistləri təbrik etdilər və bu barədə fikir mübadiləsi apardılar.
Aygün Əliyeva:
- Mən xüsusilə mətbuatın üzərindən senzuranın ləğv olunmasını qeyd etmək istərdim. Sonra qəzetlərin borclarının ləğv olunması da vacib məsələlərdən hesab olunur. Bütün bunlar Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısından irəli gəlirdi. Ölkə Prezidenti İlham Əliyevdə bu sahəni diqqədən kənara qoymadı.
Könül Yaqubova:
- Ölkədə mətbuatın inkişafına geniş imkanlar yaradılıb. Bu gün çap mediası ilə bərabər internet mediası da inkişaf edir. Amma təssüflər olsun ki, bəzən həqiqətə uyğun olmayan məlumatlar yazan qəzetlər, internet portalları da var. Düşünürəm ki, bunlar ölkədə azad mətbuatın inkişafına kölgə salmaq məqsədi daşıyır.
Yusif Hacıyev:
- Mən də jurnalistləriminizi, dəyərli qələm sahiblərini bu bayram munasibətilə təbrik edirəm. Həqiqətəndə mətbuat sahəsində xeyli uğurlar əldə olunub. Bu dövlət başçısının mətbuat sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu da ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün layiqincə davam olunmasını göstərir.
Bu gün ölkədə kifayət qədər səviyyəli və tarixdə iz qoymuş mətbu orqanlarımız var.
Hüseynov Səbuhi:
- "Əkinci" qəzeti ilə təməli qoyulan milli mətbuatımız bu gün inkişaf dövrünü yaşayır. Bəzi qəzetlər var ki, onlar bu tarixə və inkişafa kölgə salmaq istəsələr də bu mümkün deyil. Çünki onlar azlıq təşkil edir. Üzdəniraq qəzetlər var ki, onlar yalnız böhtan, şantaj xarakterli yazılar dərc edir. Onlar bilməlidir ki, bu gün mətbuat sahəsi inkişaf dövrünü yaşayır. Belə məlumatlarla uzunömürlü olmaq olmaz. Gec-tez onlar da öz səhvlərini etiraf edəcək və ölkədə gedən inkişafı öz qəzetlərində işıqlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB