YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsi Oğuz rayonunda öz işini davam etdirir

YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsi Oğuz rayonunda öz işini davam etdirir

İyul ayının 22-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" "Yay məktəbi" Oğuz rayonunda öz işinə başlayıb. "Yay məktəbi"nin birinci günündə müxtəlif məsələlərə dair diskussiyalar aparılıb. İlk öncə fəal gənclər "İKT-nin müasir imkanlarından səmərəli istifadə: sosial şəbəkələr" mövzusunda seminar-diskussiya keçirib. Keçirilən diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən danışılıb, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər vurğulanıb. Belə ki, ölkəmizdə İKT sektorunun sürətlə inkişaf etdiyinin qeyd olunduğu diskussiyada qeyd olunub ki, gənclər sosial mediadan səmərəli və milli maraqlara uyğun surətdə istifadə etməklə yanaşı, eyni zamanda özlərinin intellektual potensiallarını artırmalıdır. Bununla yanaşı bildirilib ki, gənclər sosial şəbəkədən səmərəli istifadə etməli və zərərli tendensiyaların aradan qaldırılmasına səy göstərməlidir. Diskussiyada çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva qeyd edib ki, Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsində, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq edilməsində nəzərəçarpacaq dərəcədə uğurlu nəticələr əldə edib. Bunun üçün ciddi işlər görülüb və işlər bu gündə yüksələn xəttlə davam etdirilir. Daha sonra gənclərin sosial şəbəklərdən istifadə etdiyini bildirən YAP GB-nin sədr müavini vurğulayıb ki, gənclər bu məsələdə diqqətli olmalı, vaxtlarını səmərəli keçirməlidir. Çünki sosial şəbəkələrdən başqa məqsədlər üçün istifadə edənlər də az deyil. Amma mən düşünürəm ki, Yeni Azərbaycan Partiyasının gəncləri bunu yaxşı dərk edir. Çünki YAP-da təmsil olunan gənclər intellektula səviyyəsi, bilik və bacarığı bunu deməyə əsas verir.


Daha sonra gənc fəalların iştirakı ilə ölkədə İKT sektorunun inkişafı ilə bağlı geniş müzakirələr və fikir mübadiləsi aparılıb.


Bunun ardınca isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya keçirilib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətindən bəhs edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin konsepsiyasının hazırlanması ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq bildirib ki, hazırda ölkəmizdə yaşanan iqtisadi inkişaf təməli ulu öndə Heydər Əliyev tərəfindən qoyulan və 2003-cü ildən uğurla davam etdirilən siyasətin davamıdır. Prezidentin yeni inkişaf konsepsiyasının hazırlanması ilə bağlı qərarı Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olması deməkdir. Ölkədə sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar yaradıb. Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu konsepsiya bütün sahələrin inkişafına dəyərli töhfə olacaq.


Daha sonra gəncərin iştirakı ilə diskussiya davam edib. Müxtəlif fikirlər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə