“Gilan Holding”ə məxsus “Qəbələ Konserv Zavodu” MDB-nin mükafatına layiq görülüb
Azərbaycanın "Qəbələ Konserv Zavodu" məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərinə görə keçirilmiş müsabiqədə "Xalq istehlakı üçün məhsul istehsalı" nominasiyası üzrə qalib gələrək laureat olaraq əsas mükafata layiq görülüb.Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinən SİA-ya verilən məlumata əsasən Müstəqil Dövlət Birliyinin İqtisadi Şurası tərəfindən, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olmuş rəsmi qərarda qeyd olunub. Qalibə mükafatın 2012-ci ilin III rübü ərzində keçiriləcək tədbirdə təqdim edilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yerli istehsal və xidmət şirkətləri arasında 2 ildən bir müsabiqə keçirir.
Müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqənin I mərhələsi MDB üzv dövlətlərinin Milli orqanları tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər. Müsabiqənin qalibləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası səviyyəsində (xüsusi komissiya heyəti tərəfindən) müəyyən edildikdən sonra, II mərhələdə iştirak üçün qaliblər haqqında məlumatlar və sənədlər toplusu MDB Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya təqdim edilir. Müsabiqədə iştirak etmək üçün şərtlər:
Azərbaycan Respublikasında keçirilmiş seçimdə (Milli orqan tərəfindən elan edilən müsabiqədə) iştirak.
İki il müddətindən az olmamaq şərtilə istehsal edilən məhsulun yüksək keyfiyyətliliyinin təsdiqi.
İstehsal edilən məhsulun ikidən az olmamaq şərtilə MDB-yə üzv dövlətlərə ixrac edilməsi.
Müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən təşkilatlar iştirak edə bilərlər.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB