Moskvada çay oğurlayan 5 erməni yaxalandı

Moskvada çay oğurlayan 5 erməni yaxalandı

Rusiya paytaxtında anbardan çay partiyasını oğurlamaq istəyən 5 erməni həbs edilib. "RİA Novosti" xəbər verir ki, hadisə ötən gecə baş verib.


Olay yerinə gələn polis çay məhsullarını "Peugeot" avtomobilinə yükləyən oğruları yaxalayıb. Məlumata görə, ermənilər anbarın qarovulçusunun əllərini və ağzını bağlayıblar.


Fakt üzrə cinayət işi qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə