Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında xüsusi tədbirlər planı hazırlayıb. Bu barədə məlumatı komitədən bildiriblər.
Əsasən milli-mənəvi dəyərlər sahəsində maarifləndirmə və vətənpərvərlik sahəsində işi nəzərdə tutan tədbirlər planı çərçivəsində dini icmaların üzvləri və dindarlarla birgə Şəhidlər xiyabanının ziyarət edilməsi, "Cəmiyyət və Din" qəzetinin xüsusi buraxılışının çapı, İctimai Televiziyada yayımlanan "Din və Cəmiyyət" proqramının iki sayının Ramazan ayına həsr edilməsi nəzərdə tutulub.
Eyni zamanda Ramazan ayı boyunca dini icmaların rəhbərləri və dindarlarla birgə şəhid ailələrinin ziyarət olunması, mərkəzi məscidlərdə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi planlaşdırılır. Bununla yanaşı, dini icmaların fəalları, ilahiyyatçılar, şəhid ailələri, Qarabağ qaziləri və ahılların iştirakı ilə təşkil olunacaq iftar süfrələrində iştirak edilməsi, müxtəlif səviyyəli görüşlər keçirilməsi də tədbirlər planına daxil edilib.
Ay ərzində komitə rəhbərliyi tərəfindən Bakıda və bölgələrdə yerli ictimaiyyət nümayəndələri və dini icmalarla görüşlər keçirmək, mövcud problemlərlə tanış olmaq və maarifləndirmə işinə yönəlik tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB