KİVDF jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri açıqladı - SİYAHI

KİVDF jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri açıqladı - SİYAHI

Fondunun Müşahidə Şurasının iclası keçirildi

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Yığıncağı Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə açıb.

İclasda Fondunun Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri müzakirə edilib.

Fondun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə Müşahidə Şurasının üzvlərinə geniş məlumat verib. İcraçı direktorun məlumatına görə, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunub. Yazılar Fondun 9 ekspertləri tərəfindən araşdırılaraq qiymətləndirilmişdir.

Bundan sonra Müşahidə Şurasının üzvləri müsabiqəyə təqdim edilmiş yazılar barədə ekspert rəylərini müzakirə ediblər. Müşahidə şurasının üzvü Müşfiq Ələsgərli region qəzetlərində işləyən jurnalistlərin müsabiqədə iştirakını müsbət dəyərləndirib. Şura üzvü Vüqar Əliyev isə fərdi yazı müsabiqələrində jurnalistlərin getdikcə fəal iştirak etdiyini bildirib. Müzakirələr zamanı qeyd edilib ki, müsabiqənin şərtlərinə görə hər istiqamət üzrə 3-cü yer müsabiqədə iştirak edən bölgə jurnalistlərinə verilir. Amma region qəzetlərinin əməkdaşlar bəzi istiqamətlərə yazı vermədiyindən həmin yerlər boş qalıb. Şura üzvləri boş qalmış yerlərin müsabiqədə çox bal toplamış digər jurnalistlərə verilməsi barədə qərar qəbul ediblər.

İclasda müxtəlif təkliflər səsləndirilib. Müzakirələrin nəticəsi olaraq, ayrı-ayrı istiqamətlər üzrə ən yüksək balları toplamış 30 yazının müsabiqənin qalibləri elan edilməsi barədə qərar qəbul olunub.

Müşahidə Şurasının üzvləri müsabiqənin şərtlərinə əsasən, qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondun xüsusi diplomunun verilməsi barədə də qərar qəbul ediblər. Qərara əsasən, mükafatlar qaliblərə iyulun 22-də, Milli Mətbuatın 137 illiyi ilə əlaqədar keçiriləcək tədbirdə təqdim olunacaq.

Gündəliyin cari məsələlər bölümündə isə Müşahidə Şurasının üzvləri Milli Mətbuatın 137 illiyi ilə əlaqədar 22 iyul 2012-ci ildə keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb.

Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirilən

jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri:

I İSTİQAMƏT

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

1 Pənahlı Natiq Zəkəriyyə oğlu "Zaman Azərbaycan" qəzetində şöbə müdiri 37.3

2 Hüseynzadə Fuad Abı oğlu "Paritet" qəzetinin müxbiri 37.3

3 Məlikov Rüstəm Sadıq oğlu "Qələbə" qəzetinin Baş redaktoru (Salyan) 34.6

4 Vəkilova Fərqanə Allahverdi qızı "Hüquq mədəniyyəti" jurnalının məsul katibi 36.6

5 Cürənov Ramiz Mikayıl oğlu "Lent.az" İnformasiya agentliyinin müxbiri 35.3

6 Osmanava Sevinc Gülməmməd qızı "Hərtə içi" qəzetinin müxbiri 34

7 Abdullayev Anar Bayram oğlu "Şərq" qəzetinin müxbiri 32

8 Məmmədov Çingiz Xalid oğlu "Şabran" qəzetinin Baş redaktoru (Şabran) 31.3


II İSTİQAMƏT

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1 Əliyev Məğrur Möhtərəm oğlu "Kaspi" qəzetində baş redaktorun müavini 37.3

2 Hafiz Mirzə Mirzəağa oğlu "Olaylar" qəzetinin cənub bürosunun rəhbəri 36.6

3 Məmmədli Hüyla Gündüz qızı "Yeni Azərbaycan" qəzetinin müxbiri 35.3

4 Ömərov İbrahim Nizami oğlu "Xalq" qəzetinin İcraçı direktoru 28.6

5 Aslan Aqil İsmayıl oğlu "Ekspress" qəzetinin müxbiri 28.6

III İSTİQAMƏT

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi

1 Məmmədov Elşad Ziyafəddin oğlu "Yeni Musavat" qəzetinin redaktoru 38.6

2 Məhərrəmov Valeh Cəbrayıl oğlu "Səs" qəzetində baş redaktorun müavini 38.3

3 Bayramova Afaq Sabir qızı "Kür" qəzetində müxbir (Yevlax) 39.3

4 Cəlilova İradə Məhəmmədağa qızı "Ekspress" qəzetinin müxbiri 37.3

5 Məmmədli İlqar İmran oğlu "İki sahil" qəzeti Neft sənayesi bölməsinin müdiri 37.3

6 Babayev Ağasəf Malik oğlu "Paritet" qəzetinin müxbiri 36.6

7 Abbaslı Tahir Tağdıq oğlu "Paralel" qəzetinin müxbiri 36

8 Hüseynova Gültəkin Knyaz qızı "Azadlıq" qəzetinin müxbiri 36

9 Verdizadə Seymur Vaqif oğlu "Reytinq" qəzetinin Redaktoru 36

10Tağıyev Dayandur Mikayıl oğlu "Kaspi" qəzetinin müxbiri 35.3

11Məmmədov Adıgözəl Nuri oğlu "Körpülər və sahillər" qəzetinin baş redaktoru 32.6


IV İSTİQAMƏT

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

1 Kazımov Xalid Vahid oğlu "Üç nöqtə" qəzetinin müxbiri 40

2 Quliyev Ramiz Yaqub oğlu "AzərTac" İ.A-nin müxbiri 38.6

3 Bağırlı Böyükxan Yadulla oğlu "Yeni gün" qəzetinin baş redaktoru 37.3

4 Məhərrəmova Tərəna Sərdar qızı "Kaspi" qəzetinin müxbiri 36

5 Hüseynov Nizami Aydın oğlu "Aşkarlıq" qəzetində şöbə müdiri (Lənkəran) 34

6 İbadov Kamal Alış oğlu "Respublika" qəzetində redaksiya müdiri 34

7 Rəhimov Təbriz Kamal oğlu "Həftə içi" qəzetinin müxbiri 33.3

8 Əliyev Əbülfət Mədət oğlu "Ədalət" qəzetinin Baş redaktorun müavini 32


V İSTİQAMƏT

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

1 Əhmədova İradə Məmməd qızı "Olaylar" İ.A redaktoru 41.3

2 Nəsirli Akif Sovet oğlu "Paralel" qəzetinin baş redaktorun müavini 40.6

3 Bayramov Rasim Məzahir oğlu "Mövqe" qəzetinin redaktoru 40

4 Cəfərov Allahverdi Aydın oğlu "Zaman-Azərbaycan" qəzetinin müxbiri 38.6

5 Tağıbəyli Vüsal Vaqif oğlu "Həftə içi" qəzetinin müxbiri 38

6 Hüseynova Pərvanə Rafiq qızı "The Business Times" qəzetinin müxbiri 38

7 Əliyev Şahyəddin Saleh oğlu "Üç nöqtə"qəzetində baş redaktorun müavini 37.3

8 Həsənova Şəmsiyyə Əli qızı "İki sahil" qəzetinin bölmə müdiri 32.6


VI İSTİQAMƏT

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1 Məmmədov Elşən Ağamirzə oğlu "Lent.az" informasiya agentliyi 39.3

2 Şirinov Şahin Şirin oğlu "Futbol+qol" qəzetinin şöbə müdiri 39.3

3 Ağayev İlkin Ağahüseyn oğlu "Palitra" qəzetinin müxbiri 37.3

4 Yusifova Dilşad Xaqani qızı "Təhsil problemləri" qəzetinin müxbiri 35.3

5 Nurullayeva Nəzirə Rafiq qızı "The Business Times" qəzetinin baş redaktoru 35.3


VII İSTİQAMƏT

Elm və təhsilin inkişaf etdirilməsi

1 İbadov Suvar İnayət oğlu "AzərTac" İ.A-də söbə müdiri 38.6

2 Eyvazov Atif Dərgah oğlu "Azadinform" İ.A-nin müxbiri 38

3 Sucayev Əfsun Rəzzaq oğlu "Gəncəbasar" qəzetinin müxbiri (Gəncə) 40.6

4 Əliyev Turan ağalar "Azadlıq" qəzetinin müxbiri 36.6

5 Səmədov Ramin Oktay oğlu "The Business Times" qəzetinin müxbiri 34

6 Bayramov Nardar Məmməd oğlu "Yeni Azərbaycan" qəzetinin müxbiri 30


VIII İSTİQAMƏT

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə,beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi

1 Rüstəmov İlqar Gülağa oğlu "Xalq" qəzetinin məsul katibi 39.3

2 Azadi Sevinc Hafis qızı "İki sahil" qəzetinin müxbiri 38

3 İbrahimov İbrahim Bəxtiyar oğlu "Zaqatala" qəzetinin redaktoru (Zaqatala) 35.3

4 Əfəndiyev Pünhan Şövkət oğlu "İnterpolis" qəzetinin müxbiri 37.3

5 Əliyev Rauf Feyzulla oğlu "Xalq" qəzetinin siyasi-analitik qrupunun üzvü 36.6

6 Məmmədov Məmmədhəsən Qəmbər oğlu "Azad Azərbaycan" qəzetinin şöbə müdiri 36.6

7 Əliyev Azad Akif oğlu "Həftə içi" qəzetinin müxbiri 34.6

8 Nəsibova Xanım Hopal qızı "Kür" qəzetinin müxbiri (Yevlax) 34.6

9 Həsənov Vaqif Cəlil oğlu "Bakı Xəbər" qəzetinin redaktoru 32.6

10 Vəliyev Fariz Əhməd oğlu "Mövqe" qəzetinin şöbə müdiri 32


IX İSTİQAMƏT

Diaspor quruculuğu, lobbiçilikvə dünya azərbaycanlılarının həmrəyliyi

1 Sarıyeva İradə Murad qızı "Bakı Xəbər" qəzetinin müxbiri 39.3

2 Əhmədov Namiq Qədim oğlu "Xalq" qəzetinin əməkdaşı 38

3 Əliyeva Aytən Şöhrəddin qızı "MODERN.AZ" informasiya agentliyi 36.6

4 İbrahimov Əli Zülfiqar oğlu "Həftə içi" qəzetinin müxbiri 35.3

5 Niftəliyev Bayram Qiyas oğlu "Azadinform" İnformasiya agentliyində redaktor müavini 35.3

6 Mustafayev Əziz Salam oğlu "Zaman Azərbaycan" qəzetinin müxbiri 34.6

7 Salmanova Elcan Salman qızı "Kaspi" qəzetinin müxbiri 34.6

8 Ismayılov Pərviz Saday oğlu "Yeni Azərbaycan" qəzeti, müxbir 33.3

9 İsmayıl Cavid Cabbar oğlu redaktoru "APA" İ.A-nin 31.3

10 Camal Aqil Tapdıq oğlu "Türküstan" qəzetinin Baş redaktoru 30.6


X İSTİQAMƏT

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

1 Məmmədova Aytən Əmrah qızı "Azadlıq" qəzetinin müxbiri 38.6

2 Lətifov Aqil Məmmədhüseyn oğlu "525-ci" qəzetinin müxbiri 38

3 Maxsudova Lalə Ziyad qızı "Qobustan" qzəetinin baş redaktoru 38

4 Əhmədov Yusup Seyid oğlu "Paralel" qəzetinin Baş redaktprun I müavini 37.3

5 Musayeva Zeynəb Əli qızı "Kaspi" qəzetinin müxbiri 36.6

6 Səfərova Samirə Məmmədhənifə qızı "Bakı Xəbər" qəzetində baş redaktorun müavini

Bütün xəbərlər Facebook səhifəmizdə