"İRƏLİ" İctimai Birliyi jurnalistləri təbrik etdi

"İRƏLİ" İctimai Birliyi jurnalistləri təbrik etdi

"İRƏLİ" İctimai Birliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik aksiyası həyata keçirib. SİA-nın verdiyi məlumata görə, İctimai Birliyinin fəalları ölkəmizin aparıcı KİV redaksiyalarına və jurnalist təşkilatlarına baş çəkərək özlərinin bayram tortlarını təqdim ediblər.


"İRƏLİ" üzvləri Azərbaycan Mətbuat Şurasında da olub və bayram hədiyyəsini MŞ sədri Əflatun Amaşova təqdim ediblər. Ə.Amaşov belə bir məxsusi və yaddaqalan aksiyanın təşkilinə və mətbuatın cəmiyyətdəki roluna verdikləri qiymətə görə, "İRƏLİ"nin fəallarına təşəkkürünü bildirib, gənclərin diqqətindən məmnunluğunu ifadə edib.


Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyinin Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbriki bir neçə ildir ki, ənənəyə çevrilib

Bütün xəbərlər Facebook səhifəmizdə