20 iyul 2011-ci il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində milli mətbuatın yaranmasının 137 illiyi münasibətilə tədbir keçirilib.SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Komitə sədri Ramiz Həsənov demokratik inkişafın başlıca amillərindən sayılan azad mətbuatın formalaşmasının, inkişafının Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsi olduğunu deyib.
O bildirib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülmüş və görülməkdədir: "Azad medianın yaranması və inkişafı ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, vətəndaşların qanuni yolla informasiya toplamaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ dövlət təminatına əsaslandı. Hazırda Möhtərəm Prezident İlham Əliyevin fikir plüralizminə, söz və mətbuat azadlığına, onun davamlı inkişafına göstərdiyi xüsusi diqqəti hər birimiz görürük. Dövlət başçısının mediaya diqqət və qayğısının nəticəsidir ki, indi ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet portalları fəaliyyət göstərir. Cənab İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb. Prezidentin Sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardım göstərilib, qəzetlərin \"Azərbaycan\" nəşriyyatına olan dondurulmuş borcu dövlət büdcəsi hesabına ödənilib. Ölkə başçısının təşəbbüsü ilə \"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası\" hazırlanaraq təsdiq edilib, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Həmçinin media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna maliyyə vəsaiti ayrılıb. Ölkə başçısı bu gün də medianın inkişafına, bu sahədə çalışanların sosial və digər zəminli problemlərinin tez və səmərəli həllinə xüsusi diqqət göstərir, buna böyük həssaslıqla yanaşır. Təbii ki, dövlət qurumları ilə medianın sıx əməkdaşlığı vacib əhəmiyyət daşıyan məsələdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini uğurla, operativ və peşəkarlıqla işıqlandıran jurnalistlərə təşəkkürümüzü bildiririk".
Komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov isə çıxışında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin media işçiləri ilə daima sıx əməkdaşlıq etdiyini deyib. F.Talıbovun sözlərinə görə, informasiya əldə etmək, məlumat azadlığı, KİV haqqında qanunların tələblərinə uyğun olaraq Komitənin fəaliyyəti haqqında gələn sorğular ən qısa müddətdə cavablandırılır: "Son 1 ildə Komitə sədri Ramiz Həsənovun bir neçə dəfə mətbuatla görüşü, müsahibələri, fəaliyyət istiqamətləri üzrə struktur bölmələrin mütəxəssislərinin çıxışları, canlı efirlərdə qonaq qismində iştirak və s. onu deməyə əsas verir ki, Komitə söz azadlığının norma və prinsiplərini işində rəhbər tutur. Jurnalistlər Komitənin yeni yaradılmış Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin həyata keçirdiyi dövlət nəzarəti tədbirlərində yaxından iştirak ediblər, təhlükəli, keyfiyyətsiz məhsullarla bağlı ictimaiyyəti operativ olaraq məlumatlandırıblar. Komitənin fəaliyyəti haqqında yazılı mətbuatda, qəzet və jurnallarda yüzlərlə məqalələr çap edilib. İnformasiya açıqlığını maksimum şəkildə təmin etmək üçün Komitənin rəsmi internet səhifəsi günbəgün yenilənir, Azərbaycanın milli standartlarının, dövlət etalonlarının siyahısı verilir, qaynar xətt telefon nömrəsi yayımlanır, təhlükəli məhsulla bağlı müraciət forması və aşkar olunan qanun pozuntuları barədə informasiyalar yerləşdirilir. Komitədə mətbuatla, ictimaiyyətlə əlaqələrin günün tələbləri səviyyəsində qurulması istiqamətində ciddi işlər görülmüşdür. Belə ki, Komitə Sədrinin əmri ilə mətbuat və ictimaiyyətlə əlaqələrin informasiya texnologiyaları imkanlarından istifadə etməklə qurulması, dövlət orqanlarında elektron xidmətlərə keçidlə əlaqədar cənab Prezidentin Fərman və Sərəncamlarının uğurla icra olunması üçün Komitənin Aparatında İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılmışdır. Vətəndaşlara, ictimaiyyətə daha operativ, çevik və şəffaf xidmət göstərmək üçün Komitə tərəfindən ciddi işlər görülməkdədir. Yaxın zamanlarda hər birimiz bunun şahidi olacaq, komitə tərəfindən göstərilən elektron xidmətlərin təqdimatını keçirəcəyik".
Sonda bir qrup media işçisinə Komitə sədri Ramiz Həsənov tərəfindən təltif edilmiş Fəxri Fərmanlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB