Səbail rayon İcra Hakimiyyəti KİV əməkdaşlarını mükafatlandırdı - FOTOSESSIYA
Bu gün Səbail rayon İcra Hakimiyyətində (İH) "Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən icra başçısı Asif Əsgərov bildirib ki, ulu öndər 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda mətbuata dövlət qayğısının yeni mərhələsi başlanıb: "Senzuranı ləğv edən ümummilli lider mətbuata tam yaradıcılıq sərbəstliyi verib, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olması istiqamətində çox dəyərli işlər görüb".
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul edilən qanunlar həm mediamızın inkişafı prosesinə dəstəkdir, həm də ümumilikdə mətbuata dövlət qayğısının yeni nümunələridir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 2012–ci il 4 iyun tarixli Sərəncamı xüsusi əhəmiyyət kəsb edir.
AR Prezidenti yanında KİV İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında 137 illiyini qeyd edən Azərbaycan mətbuatının yaranma tarixinə toxunaraq milli mətbuatımızın keşməkeşli yol keçdiyini xatırladıb. Fond rəhbəri Azərbaycan mətbuatının bugünkü inkişafında sovet dövründə yetişən jurnalistlərin böyük əməyi olduğunu vurğulayıb: \"Bu gün də mətbuatın ağırlığı həmin nəslin çiynindədir\".
V.Səfərli Azərbaycan mətbuatının inkişafına dövlətin daim diqqət göstərməsindən və rəhbərlik etdiyi fond tərəfindən mətbuata göstərilən dəstəkdən, jurnalistlər üçün keçirilən fərdi müsabiqələrdən və s. danışıb. Ölkəmizdə 5000-dən çox mətbu orqanın qeydiyyatdan keçdiyini bildirən V.Səfərli hazırda 300-dən çox qəzetin mütəmadi olaraq nəşr olunduğunu diqqətə çatdırıb.
Məlumat üçün bildirək ki, tədbirin sonunda Milli Mətbuatın yaranmasının 137 illiyi münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq edən KİV əməkdaşları mükafatlandırılıb.
Qeyd edək ki, tədbir İH və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə tışkilatçılığı ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB