"IFP Energies Nouvelles" şirkətinin Beynəlxalq Əlaqələr İdarəsinin direktoru Daniel Çamplon və onun müavini Yolande Rondot Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda olublar. SİA-nın xəbərinə görə, onaqları institutun direktoru, AMEA-nın vitse-prezidenti akademik Akif Əlizadə və digər alimlər qarşılayıblar. Görüş zamanı iki təşkilat arasında neft və qaz sahələrində elmi əməkdaşlıq imkanları müzakirə edilib.
Sonra Geologiya İnstitutunun şöbə rəhbərləri – AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov fransalı mütəxəssislərə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlardan ətraflı məlumat veriblər. Qonaqlar institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib və bu işlərin müştərək davam etdirilməsini, institutun gənc alimlərini Fransadakı şirkətin təlim xarakterli layihələrinə cəlb etməyi məqsədəuyğun hesab ediblər.
Qeyd edək ki, "IFP Energies Nouvelles" enerji, nəqliyyat və ətraf təbii mühit sahələrində ictimai araşdırmalar, innovasiya və təlim mərkəzidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB