Avropaya İnteqrasiya Mərkəzi informasiya-kommunikasiya strategiyaları ilə bağlı seminar keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən "Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər" adlı layihənin icrası çərçivəsində Bakı Avrasiya Universitetində seminar keçirilib. SİA-nın xəbərinə görə, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə keçirilmiş tədbirdə müasir jurnalistika, informasiya-kommunikasiya strategiyaları və KİV-in inkişafına dair beynəlxalq və milli hüquq normaları barədə müzakirələr aparılıb, internetin, elektron medianın ictimai fikrin formalaşmasında və dövlətin möhkəmlənməsində xüsusi rolundan danışılıb, bu sferada hüquqi öhdəliklərin müqayisəli araşdırılması və öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Seminarda müasir jurnalistikamızda və milli media qanunvericiliyində mövcud olan diffamasiya, şərəf və ləyaqətin müdafiəsi, şəxsi həyatın mühafizəsi ilə bağlı yeni transmilli anlayışlar barədə ətraflı məlumat verilib, informasiya-kommunikasiya azadlığına dair xarici ölkələrin qanunvericiliklərinə və Avropa Məhkəməsi təcrübəsinə əsaslanaraq elektron medianın hazırki qloballaşma və Avropaya inteqrasiya proseslərində mühüm önəmi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib. Layihə çərçivəsində həmçinin, "Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi" kitabının (dərs vəsaitinin) çap olunaraq yayımı da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB