Zeynal Məmmədli: “Media xalqa çox yaxın olmalıdır ki...” - AÇIQLAMA

Zeynal Məmmədli: “Media xalqa çox yaxın olmalıdır ki...” - AÇIQLAMA

\"...İlk öncə onun inamını əldə edə, daha sonra isə onu qoruya bilsin\"


"Azərbaycan mətbuatna ciddi şəkildə diqqət yetirdirdikdə şahidi oluruq ki, media sahəsində etik məsələlər, özəl həyata müdaxilə və hər hansı bir məsələnin ictmai əhəmiyyət daşıyıb-daşımamasında bəlli bir sınaqdan keçən irəliləyişlər, cuzi miqdarda da olsa artıq özünü doğrultmaqdadır". Bunu Bakı Dövlət Universitetinin müəllimi, media eksperti Zeynal Məmmədli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, media nümayəndələri olaraq bizim üçün ən önəmli faktlar xalqın hüquq və azdlıqlarının keşiyində olub-olmamağımıza diqqət yetirməkdir: "Bu gün Azərbaycan mediası xalqdan qopub. Bizim mətbuatımızın təməli Həsən Bəy Zərdabinin adı ilə bağlıdır. Böyük mütəfəkkirin əsas fəaliyyəti isə ondan ibarət idi ki, xalqın istək və arzularını əks etdirsin. Media xalqdan qopubsa, xalqa tərəf getməlidir. Media xalqa çox yaxın olmalıdır ki, ilk öncə onun inamını yarada və onu qoruya bilsin. Bununla yanaşı media nümayəndələri onu da unutmamalıdırlar ki, heç bir zaman qərəzli ola bilməzlər. Bir anda olsun yaddan çıxartmamalıdırlar ki, heç bir halda qərəzli olub kiminsə rəğbətini və nifrətini ifadə edə bilməzlər. Onlar bilməlidirlər ki, üz tutduqları insanlar qərəzli ola bilər, özlərinin heç bir əsası olmayan fikrlərini də, baxışlarını da ifadə edə bilər. Heç bir halda qərəzli və əsasız mövqedə dayananların fikirlərini əsas tutub onların tərəfində dayanmamalıdır. Bunları bilməklə yanaşı onu da anlamalıdırlar ki, sıradan insanın mənafeyi, düşüncələri və problemləri hər an, hər şeydən önəmlidir".


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə