Yeni yaranan təşkilat həm də "20 iyul Kıbrıs Barış Hərəkatı"nı qeyd edəcək
Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti sabah saat 15-00-da təşkilatın yaranması ilə bağlı təqdimat mərasimi və "20 iyul Kıbrıs Barış Hərəkatı"nın 38-ci ildönümünü qeyd edəcək. SİA-nın məlumatına görə, "Nicat" Şadlıq Sarayında keçiriləcək tədbirdə ölkənin tanınmış siyasi və elm xadimləri, o cümlədən incəsənət ustaları, gənclər və jurnalistlər iştirak edəcək.
Tədbirin ikinci hissəsində Azərbaycanın xalq artisti Flora Kərimova, əməkdar artist Bəsti Sevdiyeva, Nuriyə Hüseynova, vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizəmanlı, Əlirza Amanbəyli və bır sıra tanınmış sənətkarların ifasında bədii gecə də keçiriləcəkdir.
Mətbuat nümayəndələri dəvətlidir!
Qeyd edək ki, yeni yaranmış Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti qardaşını tanı və tanıt fəlsəfəsi ilə yola çıxmış bir təşkilatdır. Türk Dünyası parçalandıqdan sonra müxtəlix türk dövlətləri yaranmış, onların bəziləri müstəqil respublika, bəziləri isə müxtəlif dövlətlərin tərkibində muxtariyyət formasında varlığını qoruyub saxlamaqdadır.
Quzey Kıbrıs Türk Cümhuriyyəti yarandığı gündən dünya tərəfindən siyasi olaraq tanınmamaqla müxtəlif embarqoların qoyulması ilə təcrid duruma düşmüşdür. Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin məqsədi Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında bütün əlaqələrin ən yüksək səviyyədə inkişafına töhfə verməkdir. Bu istiqamətdə bütün ictimai təşkilatları, partiyaları, ayrı-ayrı tanınmış fərdləri səfərbər edərək qarşılıqlı münasibətlərdə onların imkanlarından yararlanmaqdır. Təşkilatın əsas hədəf obyekti iki türk dövləti gənclərinin Xəzərlə Ağ dəniz arasında körpü quruculuğunda inkişafını stimullaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB