Lerik \"Yay məktəbi\" layihəsi iştirakçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər - FOTO

Lerik \"Yay məktəbi\" layihəsi iştirakçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər - FOTO

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Liderliyə gedən yol" gənc siyasətçilər üçün Lerik Yay məktəbinin dördüncü günü davam edir. SİA xəbər verir ki, bu gün iyulun 19-da YAP Yasamal rayon Gənclər Birliyi Şura üzvü Daşqın Qənbərovun təqdimatında "Siyasət haqqında nəzəri biliklər, siyasətin tərkib hissələri" mövzusunda interaktiv tədbir keçirilib. Məlumata görə, gənclərin fəal iştirakı ilə baş tutan tədbirdə moderator siyasət haqqında ümumi məlumat verib, nəzəri biliklərin mənimsənilməsinə, siyasətin tərkib hissələrinin aydınlaşdırılmasına çalışıb.


Tədbirdə millət vəkili Aydın Mirzəzadə bildirib ki, siyasət geniş məfhum olmaqla bərabər eyni zamanda dar mənada da başa düşülür. Siyasət əslində düzgün, təmiz olmalıdır. Milli Məclisin deputatı YAP fəallarına daxili və xarici siyasət, onun şərtləri barədə söhbət aparıb, dövlət strategiyasından danışıb. Sonra mövzu ətrafında müzakirələr aparılıb. Millət vəkili Aydın Mirzəzadə gənclərin buna dair fikirlərini dinləyib.


Səmimi şəraitdə keçən bu görüş gənclərin böyük marağına səbəb olub. Layihə çərçivəsində gənclər arasında 4 qrup formalaşdırılaraq \"Dağlıq Qarabağ münaqişəsinin həlli: sülh, yoxsa müharibə?\" mövzusunda yarışma təşkil olunub. Qrup yarışması gənclərin aktiv iştirakı ilə keçirilib. Müzakirə formatında keçən yarışma qızğın fikir mübadiləsinə səbəb olub.Bu da gənclər tərəfindən maraqla qarşılanıb.


Yay məktəbi öz işini davam etdirir.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə