Jurnalistlərimiz mətbuatımız haqqında nə düşünür? - SORĞU

Jurnalistlərimiz mətbuatımız haqqında nə düşünür? - SORĞU

Bu il Azərbaycan Milli Mətbuatının 137-ci ildönümü qeyd olunacaq. Çətin sınaqlardan keçən ölkə mətbuatının bu günki vəziyyəti ilə maraqlanmaq üçün həmkarlarımızdan fikirlərini öyrəndik.

İlk olaraq bu gün ölkə mediasının həm sosial həm də yaradıcılıq prblemləri ilə maraqlandır. SİA-ya açıqlamasında "Ekspress" qəzetinin əməkdaşı Aqil Camal qeyd etdi ki, mətbuat daim dəyişən, yeniləşən bir sahə olduğu üçün onun hansısa dövrdə vəziyyətinin - istər yaradıcılıq, istərsə də iqtisadi baxımdan qənaətbəxş səviyyədə olduğunu söyləmək mümkün deyil: "Media həm də hüdudsuz bir sahədir. Bu mənada kimlərsə daha uğurlu, kimlərsə uğursuz fəaliyyət göstərə bilər. Bu səbəbdən də mətduatın yaradıcılıq tərəfinə birmənalı qaydada qiymət vermək mümkün deyil. Ancaq bütövlükdə götürəndə dünya mediası, xüsusən qəzetçiliyi ilə müqayisə etdikdə, təəssüf ki, bu gün kiçik istisnalarla Azərbaycan mətbuatı yerində sayır. Hətta öncədən mənsub olduğu bəzi dəyərləri və qaydaları da itir.

\"\"

A.Camal həmçinin qeyd etdi ki, sosial baxımdan mətbuata qayğı göstərilməsi isə əslində demokratik, sivil cəmiyyətə yad olan iddiadır: "Əgər qəzetçilik bir biznes sahəsidirsə, o öz gücünə ayaqda durmağı bacarmalıdır. Bunun üçünsə azad rəqabət, sərbəst reklam bazarı olmalıdır. Yoxsa, dövlətdən yardım almaqla mətbuatı inkişaf etdirmək niyyəti məncə mətbuatı bir qədər də geriyə atır. Ola bilsin, redaksiyanın, kollektivin maddi durumu yaxşılaşır. Ancaq bu inkişafa gətirib çıxarmır. Çünki, hədəf daha gözəl qəzet çıxarıb daha çox oxucu toplamaq deyil, növbəti yardımı almaq olur. Bu da arxayınçılıq yaradır".

Bundan başqa həmkarlarımdan ölkə mətbuatının \"diffamasiya haqqında\" qanunun tətbiqinə hazırlığı ilə maraqlandıq. A.Camal dedi ki, bu qanunla bağlı müxtəlif fikirlər mövcuddur. Ancaq \"diffamasiya haqqında\" qanun tətbiqinə ehtiyac var.


\"\"

"Azadinform" agentliyinin əməkdaşı Mübariz Aslanov isə qeyd etdi ki, jurnalist kimi bu məsələyə yanaşıramsa rahat işləmək üçün şərait yaradan qanun layihəsinin qəbul olunmasını istəyirəm. İstərdim ki, bu qanun tezliklə qəbul edilsin. Ümumiyyətlə, jurnalistlərin işini asanlaşdıracaq qanun layihəsinin qəbulunu istəyirəm. O cümlədən "Diffamasiya haqqında" qanunun qəbulunu.


\"\"

"Vətəninfo" agentliyinin baş redaktoru Nahid Canbaxışlı isə ölkə mətbuatının sosial problemləri ilə bağlı münasibətini bildirdi: "Bu gün Azərbaycan mətbuatında istər yazılı, istərsədə elektron mətbuatda çalışan jurnalistlərin problemi həddən artıqdır. Bu problemlərin aradan qaldırılması üçün ölkə mediasına ciddi dəstək lazımdır".

Nahid Canbaxışlının sözlərinə görə, ölkə jurnalistikası 10 il olar ki, müəyyən zirvəyə yüksəlib. Təbii ki, dövlətin media olan dəstəyini unutmaq olmaz, bununla bərabər elektron, yazlı və internet medianın inkişaf etdiyini görə bilərik. Bunlar Azərbaycan mətbuatının irəliyə doğru getdiyinin bariz nümunəsidir.

N.Canbaxışlı cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən \"diffamasiya haqqında\" qanuna da münasibət bildirdi. Onun sözlərinə görə, istənilən mərhələdə Azərbaycanda hansısa qanunu tətbiq etdikdə ilk dövrlər bu problem ola bilər. Amma bu qanun tətbiqi vacibdir: "Gəl unutmayaq ki, media jurnalistə kimisə təhqir etmək vasitəsi olmamalıdır. Jurnalist, yazar və media orqanı əlindəki informasiyanı dəyərləndirən zamanı mövqeyini ortaya qoymamalı, şəxslərin təhqirinə imkan verməməlidir. Xəbərdə, araşadırmada həqarətlərə yol verilməməlidir".

Jurnalist həmçinin əlavə etdi ki, \"diffamasiya haqqında\" qanun məmurların əl ayağını bağlayacaq. Çünki, beynəlxalq təşkilatların veridiyi əksər bəyanat jurnalistlərin bir sıra məmurların şikayəti əsasında həbs olunması ilə bağlıdır. Bu qanunda bir şey öz əksini tapmalıdır ki, qanuna əməl etməyən jurnalistin və ya mətbuat orqanının fəaliyyəti bir müddət dayandırılsın. Çünki belə olduqda KİV çalışıqcaq ki, doğru fəaliyyət göstərsin.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə