"Qafqaz Media" İctimai Birliyi 2004-cü ildən etibarən hər il Azərbaycan jurnalistikasının inkişafına töhfələr vermiş media təmsilçilərini müxtəlif nominasiyalar üzrə təsis etdiyi diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırır. Biz bu il də ənənəmizə sadiq qalaraq milli mətbuatımızın yaranmasının 137-ci ildönümü ərəfəsində bir qrup jurnalisti 5 nominasiya üzrə mükafatlandırmağı qərara almışıq\", - deyə təşkilat sədri əlavə edib.
Tədbirin davamında "Qafqaz-Media" İctimai Birliyi tərəfindən müvafiq nominasiyalar üzrə mükafata layiq görülən prezident təqaüdçüsü, şairə Nurəngiz Gün, qocaman telejurnalist, xalq artisti Rafiq Hüseynov, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova və başqaları ümummilli liderin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin jurnalistlərə qayğısı barədə ətraflı fikirlərini bölüşüblər.
Yaddaqalan konsert proqramı ilə müşayiət olunan tədbirin davamında Azərbaycan mətbuatının inkişafına töhfələr vermiş jurnalistlərin bir qrupu "Qafqaz-Media" İctimai Birliyi tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Mükafat alanlar sırasında Səs İnformasiya Agentliyinin müxbiri Könül Kamilqızı \"Vicdanlı qələm\" nominasiyasına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB