YAP-ın təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbi Oğuzda keçirilən dördüncü günündə də ənənəvi surətdə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib.
Daha sonra "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması prosesi" mövzusunda mühazirə dinlənildi. Mühazirəni giriş sözü ilə moderator Ərəstun Baxşəliyev açdı. Sonra gənc fəallar və deputat Mirkazım Kazımov öz fikirlərini bildirdilər. Milli Məclisin deputatı qeyd etdi ki, Bu gün Ermənistanın heç bir potensialı yoxdur. "Bunlar faktiki olaraq Rusiya Federasiyasına əmindirlər. Ermənistanda yerləşən Rusiyanın silahlarıdır. Amma yenə biz ümüdümüzü sülhlə, əminamanlıqla məsələnin həll olunmasını istəyirik. Çünki 1992-1993-cü illərdəki Ermənistanla müharibə görsəndi ki, qəbirsanlıqlarda 18-19 yaşlı gənclər var idi. Ulu öndər Heydər Əliyev o vaxt atəşkəsə nail oldu. Bundan sonra ölkəmizdə həm sabitlik yarandı, həm də iqtisadiyyatımız yüksəldi. Bu gün biz artıq bir dövlət kimi iqtisadi potensialımız var və gücümüz göz qabağındadır. Dağlıq Qarabağdakı ermənilərlə vaxtilə burada yaşayan azərbaycanlılar arasında dialoqun qurulması istiqamətində atılan bütün addımlar rəsmi vasitəçilər tərəfindən qətiyyətlə rədd edilir, Dağlıq Qarabağ münaqişəsinin "yalnız dinc yolla" tənzimlənməsinin alternativi var. Bu, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə tənzimlənməsidir. Dinc yolla mümkün deyilsə, hərbi yolla mümkün olacaqdır. İndiki vəziyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsini deyil, tənzimlənməsini diktə edir. Dağlıq Qarabağ ərazisinin müharibə meydanına çevrilməsinin qarşısını alan yeganə yol Dağlıq Qarabağın dialoq ərazisinə çevrilməsidir."
Daha sonra Ə.Baxşalıyev bildirdi ki, Azərbaycanın mühüm coğrafi mövqedə yerləşməsi ölkəmizə olan marağı hər zaman aktual saxlamışdır. Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi. Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovnistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç "müstəqil dövlətə" parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu "dövlətlərin" mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.
Nahardan sonar isə YAP-ın gənc fəalları Şəkiyə ekskursiyaya getdilər. Ekskursiya çərçivəsində "Şəki Xan Sarayı" və "Karvansaray" ilə tanış oldular.
Ceyhun Yaşaroğlu, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB