Lerik rayonunda “Yay məktəbi”nin üçüncü günü geridə qalıb

Lerik rayonunda “Yay məktəbi”nin üçüncü günü geridə qalıb

"Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusunda treninq keçirilib


Aydın Mirzəzadə: Media XXI əsrdə ən güclü təsir və tənzimetmə mexanizmi olmaqla yanaşı, həm də avanqard ideoloji vasitədir


Xəbər verildiyi kimi, iyul ayının 16-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi "Liderliyə gedən yol" "Yay məktəbi"nin üçüncü mərhələsi Lerik rayonunda da öz işinə başlayıb. "Yay məktəbi"nin üçüncü günündə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar keçirilib.


Öncə "Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusunda treninq keçirilib. Müzakirə formatında davam edən treninqdə YAP Siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə gənc fəallar kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin əsaslarından, medianın cəmiyyət həyatına mümkün təsirlərindən, ictimai-siyasi proseslərin obyektiv işıqlandırılması işində mətbuatın pozitiv və neqativ təsirlərindən bəhs ediblər. Qeyd edilib ki, media XXI əsrdə ən güclü təsir və tənzimetmə mexanizmi olmaqla yanaşı, həm də avanqard ideoloji vasitədir.


Azərbaycanda mətbuatın inkişafına yüksək dövlət diqqətinin və qayğısının olduğunu qeyd edən millət vəkili bildirib ki, ölkəmizdə mövcud olan söz, fikir və özünüifadə azadlığı müstəqil medianın başlıca göstəricisi kimi dəyərləndirilməlidir. Qeyd edilib ki, ictimai-siyasi prosesləri işıqlandıran jurnalist ilk növbədə milli maraqları əsas götürməli və dövlətçiliyə əsaslanan fəaliyyət mexanizmi seçməlidir.


Daha sonra gənc fəallar media təsisatının fəaliyyət mexanizminin əsasları və milli mətbuatımızın inkişafı barədə müzakirələr aparıblar.


\"\"

Kamran İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə