Şahbaz Xuduoğlu: “İran bizə qarşı əks mövqedə dayanırsa, bunu gənc şairlərimizə qarşı yürütməməlidir” - MÖVQE
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində gənc şairlərin müdafiə komitəsinin üzvü Şahbaz Xuduoğlunun təşəbbüsü ilə İranda saxlanılan Azərbaycan şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri ilə birgə müdafiə komitəsinin idarə heyətinin digər üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Şahbaz Xuduoğlu bildirib ki, İranda saxlanılan şairlərimizin həyatını siyasət mövzusuna çevirmək olmaz: \"İran dövləti bizə qarşı əks mövqedə dayanırsa bunu gənc şairlərimizə qarşı yürütməməlidir. Onların üzərinə yalanan əsası olmayan maddələr qoyaraq narkotik maddələr alverçisi kimi saxlanılıblar. Gənclərimizin azad olunmasından ötrü Xarici İşlər Nazirliyi tərəfindən çoxlu səy göstərilir. Belə ki, bizim üçün mütərəqqi və sevindirici haldır ki, Xarici İşlər Nazirliyi tərəfindən İrana notalar göndərilməsi və Azərbaycanın Təbrizdəki Baş konsulluğunun, Tehrandakı səfirliyimizin İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə ediblər. Bu gün gənclər təşkilatlarından nümayəndələrin burada iştirakı ədalətli mövqedə olduğumuza bir işarədir. Əgər həbs olunan gənclərin həyatına biganə qalınsa sabah bizim də həyatımıza qarşı biganə qalınacaq\".
Qeyd edək ki, tədbirdə çıxış edən "İrəli" İctimai Birliyinin, "Gənclər klubu" İctimai Birliyinin və digər gənclər təşkilatının, komitələrinin üzvləri çıxış edərək şairlərimizin həbsdən azad olunmaları üçün İran səfirliyi ilə əlaqə saxladıqlarını, İrana məktublar göndərdiklərini və istər sosial şəbəkələr, bloklar şəklində vahid bir mövqeyi ortaya qoyaraq gənclərimizin vətənə qayıtmaları üçün mübarizə apardıqlarını bildiriblər.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB