“Müasir İqtisad Məktəbi” layihəsinin bağlanış mərasimi Lahıcda

“Müasir İqtisad Məktəbi” layihəsinin bağlanış mərasimi Lahıcda

"İRƏLİ" Təlim və Karyera Mərkəzinin təşkil etdiyi "Müasir İqtisad Məktəbi" layihəsinin

bağlanış mərasimi keçirilib. Bağlanış mərasimi ilə əlaqədar layihə iştirakçıları İsmayıllı

rayonunun Lahıc qəsəbəsinə gəzinti turu təşkil ediblər. SİA-nın xəbərinə görə, mərasimdə "İRƏLİ" Təlim Mərkəzinin rəhbəri Nicat Hacızadə və İsmayıllı rayonu Gənclər və İdman İdarəsinin nümayəndəsi iştirak edib. Onlar iştirakçıları layihəni uğurla başa vurduqlarına görə təbrik edib və gənclərin müxtəlif təlimlərdə iştirak edərək maariflənmələrini müsbət qiymətləndiriblər.


2012-ci il yanvar-iyul aylarını əhatə edən layihədə iştirakçılar iqtisadiyyatın müxtəlif

sahələri üzrə təlim alıb və bu sahənin mütəxəssisləri ilə görüşüblər. Eyni zamandaiştirakçılar

Azərbaycan Sənayə Sığorta ASC-də təcrübə keçmək imkanı əldə ediblər. Layihənin sonunda iştirakçılara sertifikat təqdim edilib. İsmayıllı rayonunda layihə iştirakçılarına şərait yaradılması və onlara diqqətin ayrılmasına görə İsamyıllı rayonu Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli təşəkkürnamə ilə təltif edilib.


Daha sonra layihə iştirakçıları Lahıc qəsəbəsinə ekskursiya edib və tarixi-mədəni

yerlərlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə