İçəri şəhərdə tur və “Azərbaycan Gecəsi” reallaşacaq

İçəri şəhərdə tur və “Azərbaycan Gecəsi” reallaşacaq
Bu gün AEGEE-Bakı (Avropa Tələbələr Formu - Bakı İctimai Birliyi) 16-29 iyul tarixlərində \"Odlar Yurdu Azərbaycan - Yay Universiteti\" layihəsi çərçivəsində beynəlxalq tədbirlə bağlı konfrans keçirib. SİA-nın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.


Konfransda çıxış edən AEGEE-Sumqayıt İctimai Birliyinin sədri Azər Məhərrəmov bildirib ki, nazirliyin maliyyə dəstəyi ilə ölkəmizdə artıq reallaşan "Odlar Yurdu Azərbaycan - Yay Universiteti" lahiyəsinin əsas məqsədi müxtəlif xarici ölkələrdən gələn tələbələrə Azərbaycan dilini öyrədib mədəniyyət abidələrimizlə tanış etməkdir. Layihə 14 gün baş tutacaq. Layihə çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarixi Memarlıq İdarəsinin dəstəyi ilə İçəri şəhərdə tur və "Azərbaycan Gecəsi" reallaşacaq\".


Layihə çərçivəsində baş tutan tədbirin iştirakçıları Yunanıstan, Böyük Britaniya, Serbiya, Avstriya, Çexiya, İspaniya, Polşa, Ukrayna, Rusiya, Macarıstan, Hollandiya və Türkiyədən olan tələbələrdir.


Qeyd edək ki, tədbir Avropanın müxtəlif ölkələrində 25 tələbənin iştirakı ilə həyata keçirilib.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə