“Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda konfrans keçirilib- FOTOLAR

“Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda konfrans keçirilib- FOTOLAR

Bu gün "Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi İctimai Birliyinin rəhbəri Məzahir Əfəndiyev bildirib ki, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir: \"Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5%-ni təşkil edir. Həyəcan doğuran bu rəqəm problemin getdikcə daha kəskin şəkil almasına dəlalət edir\".

\"Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problem mövcuddur\",- deyən M. Əfəndiyev bildirib ki, ölkəmiz artıq 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət, aparıcı dünya dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məqsədyönlü işlər həyata keçirməkdədir: \"Azərbaycanda hələ ki əsas üstünlük marixuana və həşiş kimi narkotik vasitələrə verilir. Bu ilin 6 ayında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 50 kiloqrama yaxın heroin dövriyyədən çıxarılıb\".

\"Qeyri-qanuni dövriyyədən çıxarılmış narkotik maddələr sübut edir ki, Azərbaycana daha çox İrandan gətirilən narkotiklər üstünlük təşkil edir və bunlar da opioid qrupuna aid olan narkotiklərdir\",- deyə M. Əfəndiyev əlavə edib.

Tədbirdə həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) tərəfindən Azərbaycandakı vəziyyətin də əks olunduğu 2012-ci il Narkotiklərə dair Ümumdünya hesabatı da təqdim olunub. Bugünkü konfrans da məhz idarənin beynəlxalq məsləhətçisi Platon Nozadzenin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Tədbirdə Ümumdünya hesabatı ilə yanaşı, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən ölkədəki narkovəziyyəti əks etdirən Milli Məruzənin və Azərbaycanda ilk dəfə olaraq Narkotiklərə və onunla bağlı cinayətkarlığa qarşı internet səhifənin təqdimatları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə