Aydın Mirzəzadə: "Azərbaycanın inkişaf strategiyası sistemli xarakter daşıyır. Müəyyən olunmuş məqsədlərə çatmaq üçün rasional strateji kurs həyata keçirilir"
Xəbər verildiyi kimi, iyul ayının 16-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi "Liderliyə gedən yol" "Yay məktəbi"nin üçüncü mərhələsi Lerik rayonunda da öz işinə başlayıb. "Yay məktəbi"nin ikinci günündə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar keçirilib.
Öncə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya keçirilib.
Konsepsiyanın əhəmiyyətindən bəhs edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, ölkəmizin sürətli tərəqqisinin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan inkişaf siyasəti durur: "Azərbaycanın inkişaf strategiyası sistemli xarakter daşıyır. Müəyyən olunmuş məqsədlərə çatmaq üçün rasional strateji kurs həyata keçirilir. Eyni zamanda, perspektiv inkişafın da konturları müəyyənləşdirilmişdir. Bu baxımdan, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gələcək hədəflərin müəyyənləşdirilməsi və onlara çatmaq istiqamətində mühüm konseptual mənbə kimi dəyərləndirilir".
Daha sonra isə gənc fəallar "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı öz fikir və rəylərini bildiriblər. Qeyd edilib ki, bəhs olunan Konsepsiyada inkişafın təməl istiqamətləri və prioritetləri müəyyənləşdirilib. Bildirilib ki, müəyyən edilmiş hədəflərə çatmaq üçün kifayət qədər potensial var.
Bunun ardınca isə "İKT-nin müasir imkanlarından istifadə: sosial şəbəkələr" mövzusunda növbəti seminar-diskussiya keçirilib. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edilib, bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay Məktəbi" layihəsi davam edir.

Kamran İSMAYILOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB