Azay Quliyev: \"ATƏT-in effektivliyinin artırılması gündəlikdə olan ən vacib prioritetlərdəndir\"

Azay Quliyev: \"ATƏT-in effektivliyinin artırılması gündəlikdə olan ən vacib prioritetlərdəndir\"

"Bu gün ATƏT-in effektivliyinin artırılması qurumun hal-hazırki gündəliyində olan ən vacib prioritetlərdəndir". SİA-nın məlumatına görə, bu fikri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ATƏT-in başlıca missiyası bu təşkilat ərazisində onun sahib olduğu norma və prinsiplərin riayət olunmasının məcburiliyini, ikili standart və coğrafi üstünlüklər olmadan, hərtərəfli təhlükəsizliyi qorumaqdır. A.Quliyev fikrincə, təhlükəsizliyi artırmağın digər əhəmiyyətli cəhəti ATƏT-lə BMT arasında əməkdaşlıq əlaqələrinin yüksəldilməsidir, çünki hər iki təşkilat eyni dəyərləri və ümumi fəaliyyət sahələrini bölüşdürür.

"Bu bir həqiqətdir ki, ATƏT öz norma və prinsiplərinin həyata keçirilməsində heç də həmişə effektli fəaliyyət göstərə bilmir, xüsusilə onun ərazisində onilliklərlə sürən münaqişələrin həlli kimi məsələlərdə indiyə kimi ciddi uğur qazana bilməyib. ATƏT üçün yaxşı bir vaxtdır ki, bütün potensialını digər beynəlxalq təşkilatlarla birləşdirməklə Moldova, Gürcüstan və Azərbaycanın konstitusiya ilə müəyyən olunan ərazilərinin işğaldan və parçalanmadan necə geri qaytarmaq barədə yol xəritəsi hazırlasın. Habelə, sülhə və təhlükəsizliyə mənfi təsir göstərən bütün xarici qoşunların bu üç suveren ölkələrdən çıxarılmasına əlverişli şərait yaradılsın" - deyə A.Quliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə