Yeniyetmələrimiz Vətənə qızıl medallarla döndülər

Yeniyetmələrimiz Vətənə qızıl medallarla döndülər

İyulun 3-dən 14-dək Rusiya Federasiyasının Yakutiya şəhərində yeniyetmələr arasında 5-ci Beynəlxalq Asiya Uşaqları İdman Oyunlarında 24 idman növü üzrə 28 ölkənin 900 idmançısı mübarizə aparıb. Yarışda Azərbaycan Milli Komandası 12 qızıl, 10 gümüş, 6 bürünc medalla 6-cı yerə layiq görülüb.


Boks idman növü üzrə Azərbaycan Milli Yığma Komandası tam heyətlə çıxış edib. 13 çəki dərəcəsi üzrə təmsil olunduğumuz yarışda Azərbaycan Milli Yığma Komandası 2 qızıl və 2 gümüş medal qazanmaqla komanda hesabında ilk üçlüyünə daxil olub. İman Əhmədli və Orxan Əliyev çempionatın qızıl , Məsud Yusifzadə və Şamil Əliyev gümüş medallarına sahib çıxıblar. Boksçular bu yarışa Milli Yığma Komandanın məşqçiləri Təvəkkül Məmmədov və Hüseyn Bağırov rəhbərliyi altında qatılıblar.


Sevindirici haldır ki, hər iki qızıl medalın sahibləri İman Əhmədli və Orxan Əliyev "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin sponsorluq etdiyi "Qızıl Əlcək" İdman Klubunun idmançılarıdır.


"Qızıl Əlcək" idman klubunun baş məşqçisi Rəhim Allahverdiyev yarışdan sonra jurnalistlərə verdiyi müsahibəsində yüksək nəticələr əldə etməkdə göstərdikləri maddi və mənəvi dəstəyə görə Azərbaycan Boks Federasiyasının və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nın rəhbərliyinə dərin təşəkkürünü bildirdi.


Qeyd edək ki, çempionatın qalibləri Milli komandanın tərkibində boks üzrə dünya birinciliyinə də qatılacaq. İdmançıların əsas hədəfi 2014-cü ildə Pekində keçiriləcək yeniyetmələr arasında olimpiya yarışlarında yüksək nəticə əldə etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə