Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri ilə görüşüb

Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri ilə görüşüb

Türk Ocaqlarının 100-cü ildönümü ilə bağlı İspartada təşkil edilən tədbirlər çərçivəsində millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri Mehmet Öz ilə görüşüb. SİA məlumat verir ki, görüşdə Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib.


Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı "Əli bəy Hüseynzadə Turan" kitabı Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə yayılmasını yüksək qiymətləndirib.


Türk Ocaqlarının 100 illik tədbirlərinin Bakıda qeyd edilməsini və Türk Ocaqları ilə əməkdaşlıqda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin fəaliyyətini yüksək qiymətləndirən Türk Ocaqlarının rəhbəri Mehmet Öz millət vəkilini İspartada təşkil edilən tədbirdə öz aralarında görməkdən məmnun olduğunu, əməkdaşlığın bundan sonra da davam edəcəyini və ortaq layihələrin həyata keçiriləcəyini bildirib.


Səfər çərçivəsində millət vəkili Qənirə Paşayeva Türk Ocaqları İsparta şöbəsinin rəhbəri Levent Başyigit və Türk Ocaqlarının Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən bir sşöbələrinin rəhbərləri ilə də görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, Türk Ocaqlarının fəaliyyətinin və əməkdaşlığın daha da genişləndirilməsi, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi və gənc nəsillərə çatdırılması, Türk dünyasını narahat edən problemlərin həlli istiqamətində birgə fəaliyyətin sürətləndirilməsinin təmin edilməsi, xaricdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ilə işlərin görülməsi və qarşılıqlı maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri Mehmet Özə və Türk Ocaqları İsparta şöbəsinin sədri Levent Başyigitə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin adından hədiyyələr təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə