Əflatun Amaşov: \"Jurnalistlərin sosial sığortası ilə bağlı problemin həlli çətindir”
\"Jurnalistlərin sosial sığortası ilə bağlı problem yaşanır. Çünki bu vaxta kimi redaksiyalarda nə qədər jurnalistin çalışması ilə bağlı dəqiq informasiya yoxdur\". SİA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov \"Ənənəvi KİV-dən onlayn mediaya\" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, işə götürənlə işəgötürülən arasındakı müqavilənin tələblərə cavab vermədən bağlanması və yaxud da müqavilənin olmaması problemin yaranmasına səbəb olur. Əflatun Amaşov qeyd edib ki, nə qədər Azərbaycan KİV-də çalışan jurnalistlərin sayı dəqiq deyil, o vaxta qədər problemin həlli ilə bağlı konkret işlər görmək mümkün olmayacaq.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB