"İRƏLİ" İctimai Birliyi 2 aydan çox İran İslam Respublikasında əsassız ittiham olunaraq
saxlanılan iki gənc Azərbaycan şairi Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunmasına
dəstək məqsədilə online imza kampaniyasına start verib. SİA-nın xəbərinə görə, 2 gün öncə start verilən aksiyaya artıq 1000 nəfər insan qoşulub.
Kampaniyanın əsas məqsədi qanunsuz olaraq həbsdə saxlanılan şairlərin qeyd-şərtsiz
azad olunması tələbi ilə yanaşı, insan hüquqları ilə bağlı fəaliyyət göstərən yerli və beynəlxalq
təşkilatları bu istiqamətdə daha fəal olmalarına çağırışdır.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev kampaniya ilə bağlı qeyd edib: \"İstərdik
ki, insan hüquqları ilə bağlı çalışan beynəlxalq və yerli təşkilatlar, hüquq müdafiəçiləri, gənclər
təşkilatları həmvətənlərimizin azad olunması istiqamətində səylərini artırsınlar.Təəssüflə qeyd
etməliyəm ki, Eurovision ərəfəsində canfəşanlıq edən bir çox qurum və şəxslər bu məsələ ilə
bağlı susurlar. Hüquqları kobud şəkildə pozulmuş Azərbaycan vətəndaşlarına yardım etmək
üçün bütün qüvvələrin səfərbər edilməli olduğu bir anda bu susqunluq həmin qurum və şəxslər üçün insan haqlarının deyil, ayrı-ayrı dairələrin sifarişlərinin vacib olduğunun göstəricisidir. Onlayn imza kampaniyası yalnız ölkə daxilində fəaliyyət göstərən deyil, həmçinin beynəlxalq təşkilatları bu məsələdə fəal olmağa çağırır. Son günlər bir sıra müsbət irəliləyişlərin şahidi olsaq da, hər iki soydaşımız azad edilib geri qaytarılmayana qədər bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq\".
Xatırladaq ki, bu məsələ ilə bağlı 10 iyul 2012-ci il tarixində İran İslam Respublikasının
Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamnei həzrətlərinə müraciət ünvanlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB